Dərman deyil, zəhərdir! Mütəxəssislər bu dərmanlara qarşı xəbərdarlıq etdi
Yusif Nəzərli
01:51 24.02.2025
Sağlamlıq
469
Mütəxəssislər tez-tez istifadə edilən bəzi dərmanların gözlənilən faydanı vermədiyini və hətta zərərli ola biləcəyini bildirirlər. Dərmanlar, xüsusən də düzgün istifadə edilmədikdə sağlamlıq üçün risklər yarada bilər.
Sherg.az e-saglam.az-a istinadən xəbər verir ki, mütəxəssislər qeyd edirlər ki, öskürək siropları, virus əleyhinə dərmanlar, bəlğəmgətiricilər, aktivləşdirilmiş kömür və ürək damcıları gözlənilən faydanı verə bilməz. Bu məhsulların bəziləri sağlamlığa mənfi təsir göstərə bilər.
Antiviral drəmanlar həmişə lazımlı deyil
Araşdırmalara görə, orqanizm bəzi viruslarla təkbaşına mübarizə apara bilir və SARS kimi xəstəliklər adətən bir həftə ərzində öz-özünə yox olur. Bu o deməkdir ki, bütün hallarda antiviral dərmanların istifadəsi lazımsızdır.
Nəzarətsiz istifadəsi riskli ola bilər
Mütəxəssislər öskürəyin sadəcə bir əlamət olmadığını, həm də ağciyərləri təmizləyən təbii bir proses olduğunu bildirərək, öskürəkdən qoruyan dərmanların həddindən artıq istifadəsi nəticəsində bəlğəmin yığılmasının müxtəlif tənəffüs yolları xəstəliklərinə səbəb ola biləcəyini vurğulayırlar. Eynilə, bəlğəmgətiricilərin yanlış istifadəsi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Mütəxəssislər dərman qəbul etmək əvəzinə çoxlu maye içməyi və ballı çay kimi təbii üsullardan istifadə etməyi daha təsirli həll yolunu tövsiyə edir.
Ürək damarlarına zərərli təsiri
Bəzi bitki mənşəli ürək damcılarının tərkibindəki fenobarbital səbəbiylə uzun müddətli istifadədə yuxu pozğunluğu və depressiya kimi mənfi təsirlərə səbəb ola biləcəyi ifadə edilir. Mütəxəssislər bu cür dərmanların yalnız həkim tövsiyəsi ilə qəbul edilməsini tövsiyə edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya