Hazırda əhali arasında influenza – qripin A variantı geniş yayılıb. Qrip xəstəliyi kimi bilinən İnfluenza burun, boğaz və ağciyərləri yoluxduran, yüksək qızdırma, öskürək, baş və əzələ ağrıları, halsızlıq kimi əlamətlərlə özünü göstərən yoluxucu viral xəstəlikdir. Bunu adətən mövsümi qrip adlandırırlar. Soyuq aylarda yayılır və müxtəlif tipləri A, B, C mövcuddur.
Bu sözləri “Sherg.az”a açıqlamasında həkim-terapevt Şahvələd Məmmədov bildirdi. Həkim qeyd etdi ki, hazırda geniş yayılan qripin A variantıdır:
- Bu da qızdırma, yüksık hərarət, hərarətin “oynaması”, gah enir, gah qalxır, boğaz, qulaq, baş ağrısı, ümumi halsızlıq, öskürək, bəzən qusma, iştahsızlıq kimi əlamətlərlə müşayət olunur. Tövsiyəm budur ki, bu kimi əlamətlər varsa, mütləq həkim müayinəsindən keçsinlər, analiz götürülsün, ağ ciyərlər roentgen olunsun ki ağırlaşma baş verməsin. Kiçik yaşlı uşaqlarla daha da diqqətli olmaq lazımdır. Azyaşlı uşaqlarda bu əlamətlər varsa Uqleferon, Viferon şamlarından istifadə etmək məsləhətdir. Bunlar virus əleyhinədir. Qızdırma salmaq üçünsə Paraferin, Nurofendən istifadə etmək olar. Əgər vəziyyət nisbətən ağırdırsa həkim məsləhəti ilə sistem köçürmək olar, amma kritik hallarda. Natriy-xlor, 09 %, 200 ml+Vitamin C 1 mil.+ kokar 1ml.+ Dimedrol 0,3 ml. 2 gün bu sistemi vurdurmaq olar.
Böyüklərsə çalışsınlar bol-bol maye qəbul etsinlər. Çay, su... Hamımız xəstələnirik, bunun çarəsi bol maye qəbul etməkdir. Virus əleyhinə preparatlar var. Tamiflyu, Enzaflyu. Ən yaxşısı Tameflyudu. Ancaq süd verən analara Erqoferon məsləhətdir. Bunlar dilaltı sovurma tabletləridir. Gün ərzində 3-4 dəfə istifadə etmək olar. Hərarətə qarşı Paraferin ya da Parasitomaol qəbul edə bilərlər. Sistem üçünsə Natriy-xlor, vitmain S. Dimedrol qarışığı vurdurmaq olar. Vitamin C-nin suda əriyən həblər var, onlar da məsləhətdir.