Son illərdə geniş yayılmış estetik prosedurlar - dolğu və botoks sadə gözəllik əməliyyatı kimi görünə bilər, amma ciddi sağlamlıq riskləri daşıyır. Mütəxəssislər xəbərdarlıq edir ki, əsas təhlükə maddənin kimyəvi tərkibindən yox, iynənin düzgün istifadə edilməməsindən irəli gəlir.
Sherg.az xarici mütəxəssislərə istinadən xəbər verir ki, yanlış tətbiq olunan dolğu damarları tıxayır, nəticədə hüceyrələrin ölməsi, üz deformasiya və geri dönməyən görmə itkisi yarana bilər. Botoks isə sinir sisteminə təsir edə və bəzi hallarda beyində funksional dəyişikliklərə səbəb olur.
Həkimlər vurğulayır ki, dolğu və botoks sadə estetik prosedur deyil, tibb müdaxiləsidir və yalnız mütəxəssis tərəfindən, düzgün texnika ilə tətbiq olunmalıdır.