Genişmiqyaslı yeni tədqiqat qısa videoların beyin fəaliyyətini zəiflətdiyini göstərib.
Sherg.az xəbər verir ki, Amerika Psixoloji Assosiasiyası bildirir ki, ''TikTok'', ''Instagram Reels'' və ''YouTube Shorts'' kimi qısa videoların fasiləsiz izlənməsi “beyin çürüməsi” adlanan real neyrokoqnitiv sindromun formalaşmasına gətirib çıxarır.
Tədqiqatçılar 71 araşdırmadan toplanmış 98.299 iştirakçı üzərində aparılan analiz nəticəsində müəyyən ediblər ki, insan nə qədər çox qısa video izləyirsə, onun diqqətini toplamaq və impulslarına nəzarət etmək bacarığı bir o qədər zəifləyir.
Bu platformaların alqoritmləri davamlı dopamin yüksəlişlərinə səbəb olur. Bu isə sinir sistemini həddindən artıq yükləyir və nəticədə anksiyete (narahatlıq) və panik atak riskini artırır.