Dünyada daha bir ilk: Ürək damarlarını 2 santimetrdən dəyişdilər
Yusif Nəzərli
06:10 30.12.2023
Sağlamlıq
663
Türkiyəli həkimlər dünya tibb elmini heyrətləndirən əməliyyata imza atıb.“Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, 56 yaşlı Mustafa Çakıl Ankarada özəl xəstəxanaların birində əməliyyat olunub, bir həftə sonra isə normal yaşayışına davam edib. Bu haqda M.Çakıl “NTV”-yə danışıb: “10 gün əvvəl əməliyyat olundum. Ürəyimin damarlarını dəyişdilər. Amma heç kəs mənə inanmır. Deyirlər, göstər görək əməliyyatın yerini. Göstərirəm, elə bilirlər zarafat edirəm, ələ salıram onları. Sinəmdə əməliyyatın kiçicik bir izi var. 2 santimetr kəsib həkim, oradan ürəyə yol tapıb, damarları dəyişib. 10 günə sağaldım. İndi maşın da sürürəm”.
Əməliyyat haqqında məlumat verən tibb üzrə professor Sərkan Durdu bildirib ki, bu əməliyyatın tibb tarixinə yazılması üçün müraciət edilib: “56 yaşlı pasiyentimizin aorta qapağı, şah damarı, aorta damarının kökü və aorta damarının özü 2 santimetrlik bir kəsikdən dəyişdirildi. Əməliyyat zamanı tibb tarixində ilk dəfə olaraq ürəyin aorta qapağı bioloji qapaqla, damarlar da bioloji damarlarla əvəzlənib. Ürək əməliyyatlarından sonra xəstələr ən azı 45 günə sağalır. Bizim pasiyentimiz isə 10 gün ərzində ayağa qalxdı və normal yaşayışına döndü. Bu əməliyyat tibbi ədəbiyyata yazılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadid qızı və bacısı ilə tətildə
06:06 11.08.2026
Şou
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm