Dünyada hər 6 nəfərdən biri sonsuzdur- ARAŞDIRMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayımladığı hesabatda, dünyada hər 6 nəfərdən birinin həyatında sonsuzluq problemi yaşadığını açıqlayıb.

Sherg.az xəbər verir ki, sonsuzluq, 12 ay və ya daha uzun müddət qorunmasız cinsi əlaqəyə baxmayaraq hamilə qala bilməmək olaraq müəyyən edilir.

Əsas səbəblər:

Kişilərdə: Sperm sayının azalması, spermin hərəkət və forma problemləri, reproduktiv kanallarda tıxanıqlar, hormon pozğunluqları.

Qadınlarda: Yumurtalıq və uşaqlıq problemləri, fallop tüp tıxanıqları, polikistik over sindromu, hormonal balanssızlıq, müalicə edilməmiş cinsi yolla keçən infeksiyalar və təhlükəli abort sonrası fəsadlar.

Sonsuzluğun qarşısının alınması, diaqnostikası və müalicəsi üçün reproduktiv səhiyyə xidmətlərinə bərabər çıxış təmin edilməlidir. Kişi və qadın hər ikisi sonsuzluqdan əziyyət çəkə bilər, lakin sosial stereotiplər qadınları daha çox hədəf halına gətirir. Təhsil və məlumatlandırma proqramları problemi azaltmaqda həyati əhəmiyyət daşıyır.