Bu nadir qan qrupu tibb üçün həyati əhəmiyyət kəsb edir və yalnız 50 nəfərin damarlarında mövcuddur. Sherg.az xəbər verir ki, ekspertlərə görə, “Rh null” yalnız öz qan qrupundan olan qanla istifadə oluna bilər.
Bu qan qqrupuna malik şəxslər üçün doğum, əməliyyat və ya təcili vəziyyətlərdə qan tapmaq çətin olur. Prof. Dr. Tanyeli bildirib ki, bu şəxslərin qanları əvvəlcədən toplanıb dondurula və xüsusi soyuducularda saxlanıla bilər. Təcili hallarda isə beynəlxalq Nadir Donor Bankları vasitəsilə protokollar mövcuddur və tətbiq olunur.
Laboratoriyada istehsal imkanları araşdırılır və uğurlu olsa, universal qan köçürmələrində inqilabi yenilik ola bilər.