İnsanlar gecə yatarkən qollarını bükülü vəziyyətdə saxladıqlarının fərqinə varmır. Mütəxəssislər xəbərdarlıq edir ki, bu adi görünən vərdiş səhər keçməyən uyuşmalardan bel sərtliyinə və hətta qalıcı sinir zədələnməsinə səbəb ola bilər.
Fizioterapevtlər bildirir ki, səhərlər hiss olunan uyuşmalar, kol boyunca ağrı, əşyaları tutmaqda çətinlik və ya telefonun əlindən düşməsi ciddi xəbərdarlıq əlamətləridir.
Sherg.az xəbər verir ki, xəbər verir ki, yuxu tibb mütəxəssisləri, “T. rex pozisiyası” adlanan bu mövqedə yatmağın dirsək və bilək sinirlərinə təzyiq göstərərək qan dövranını zəiflədə biləcəyini vurğulayır. Ortopedi cərrahı Dr. Mettyu Bennett isə bu vərdişin karpal tunel sindromunu xatırladan əlamətləri ortaya çıxara biləcəyini bildirib.
Mütəxəssislər tövsiyə edir ki, bu mövqedə yatmaqdan çəkinilsin və gecə boyu rahat, sinirlərə təzyiq göstərməyən vəziyyətlər seçilsin.