Xalq arasında “qış depressiyası” kimi tanınan mövsümi depressiyanın qarşısını almaqda gün işığından maksimum istifadə vacibdir.
Sherg.az xəbər verir ki, Türkiyəli Ruh Sağlığı üzrə mütəxəssis Prof. Dr. Hasan Belli bildirir ki, gün işığının azalması beyində serotonin və melatonin hormonlarının balansını pozur, əhval-ruhiyyəyə, yuxu və iştaha mənfi təsir göstərir.
Vacib tövsiyələr:
Gün ərzində gün işığından faydalanmaq, ev və iş yerlərini işıqlı saxlamaq.
Açıq havada gəzmək və fiziki fəaliyyətləri davam etdirmək.
Sağlam qidalanmaq, omeqa-3 zəngin qidalar qəbul etmək və şəkərli qidalardan uzaq durmaq.
Sosial əlaqələri canlı saxlamaq.
Hər gün eyni saatda yatıb qalxmaq.
Prof. Dr. Belli bildirir ki, qış aylarında ortaya çıxan depressiv əhval-ruhiyyə normal ola bilər, lakin uzun müddət davam edir və gündəlik fəaliyyətləri pozursa, mütləq mütəxəssis yardımı alınmalıdır. Müalicə üsulları arasında işıq müalicəsi, psixoterapiya, dərman müalicəsi və D vitamini əlavəsi var.