İcbari Tibbi Sığorta ilə bağlı NARAZILIQ: “Vahid sistem olmalıdır”
Yusif Nəzərli
13:15 18.10.2021
Sağlamlıq
425
“Bu sahədə Türkiyə modelini əsas götürməliyik”
Artıq yanvar ayından etibarən “Tibbi sığorta haqqında” qanuna əsasən, ölkə üzrə dövlət və özəl sektorda çalışanlardan icbari tibbi sığorta haqlarının toplanılmasına başlanılıb. Belə ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz miqdarında icbari tibbi sığorta haqqı tutulur.
Dövlət və özəl sektorda çalışan hər bir vətəndaşın maaşından müvafiq qaydaya uyğun sığorta haqları tutulur. Lakin vətəndaşları narahat edən bir məsələ var. İnsanların əksəriyyəti icbari tibbi sığortadan istifadə etməyin çətin olduğunu və ya ümumiyyətlə, qeyri-mümkünlüyünü iddia edir. Hətta ötən günlərdə Milli Məclisin iclasında İcbari Tibbi Sığorta üzrə Agentliyin fəaliyyəti barədə çıxışlar olub. Bəzi parlament üzvləri irad və təkliflərini səsləndiriblər. Millət vəkili Rüfət Quliyev deyib ki, icbari tibbi sığorta ilə bağlı narazılıqlar var, şikayətlər daxil olur:
“Qaraciyərində problem olan şəxs mənə müraciət etmişdi. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə bu məsələ barədə telefonla danışdım, xanıma kömək edilməsini xahiş etdim. Qurum rəhbəri mənə söz versə də, heç bir reaksiya olmadı. Məcbur olub, deputat sorğusu göndərdim. Sorğuma iki ay sonra cavab gəldi. Əfsuslar olsun ki, həmin insan 2 gün öncə dünyasını dəyişdi. Necə olur ki, 2 ay yarım ərzində bu qurum insanlara kömək edə bilmir? Aydın oldu ki, bu sahədə kifayət qədər problem var. Digər tərəfdən, 103 xidmətində də problemlər mövcuddur. Çatdıra bilmirlər. 103 xidmətinin 129 ekipajı var. Koronavirusla əlaqədar ümumiyyətlə, 103 xidməti iflic olub. Təklif edirəm ki, koronavirusla bağlı başqa “Qaynar xətt” yaradılsın və bu çağırışlar başqa xidmətə verilsin”.
Məsələ ilə bağlı “Sherg.az”a danışan tibbi elməri doktoru, professor-həkim Adil Qeybulla hesab edir ki, icbari tibbi sığorta sahəsində Türkiyə modelini əsas götürməliyik:
“Vətəndaşların sığortası- dövlət və özəl sektorda işləyənlərin, işsizlərin də öz sığorta qaydaları var. Vətəndaş icbari tibbi sığortanı hər nüansına qədər məlumatlı olmalı və sabah müraciət edə bilməlidir ki, hansı xidmətlər pulsuz qarşılanır. Təbii ki, bütün xidmətlərin pulsuz qarşılanması real deyil. Bunu etsələr, əlavə çətinliklər, söz-söhbət yaranacaq və iş keyfiyyətsiz olacaq”.
İcbari tibbi sığrotanın bütün prosesinin sistemli aparılmalı olduğunu vurğulayan A.Qeybulla qeyd edib ki, vahid bir sistem, proqram olmalıdır:
“Hər bir vətəndaş xidmətlərin həyata keçirilməsindən tam məlumatlı olmalıdır və İcbari Tibbi Sığorta Agentiliyinin saytını insanlar açıb bilməlidirlər ki, nə nədir, hansı xidmətlər pulsuzdur, hansı yox və icbari tibbi sığortanı necə istifadə etmək lazımdır? Bununla bağlı təbliğat çox zəifdir. Televiziya ekranlarında bunu görmürük, maarifləndirmə işi çox aşağı səviyyədədir”.
A.Qeybulla onu da diqqətə çatdırdı ki, təbliğatın aşağı olmasına məsul olan qurumlar var:
“Bu məsələdə həmin qurumlar məsuliyyət daşıyır. İcbari tibbi sığorta sisteminə keçmişiksə, insanlar məlumatlı olmalıdırlar. Məlumat yetərsiz olsa, həkimlər də keyfiyyətli xidmətdən qaçacaqlar və keyfiyyət aşağı düşəcək, özəl klinakalarda xəstəyə baxmağa gedəcəklər. Bu da yaxşı tendesiya deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya
Ötən gün 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb
10:37 22.08.2026
Hadisə