İki ildə 96 kilo arıqladı - Yolu olduqca sadə

Həyatının ən çətin dövrlərində verilən kiçik bir qərar, bəzən bütün bir həyatı dəyişə bilər.

Sherg.az xəbər verir ki, belə qərarlardan biri də Jeanine Rainein həyatında böyük iz buraxıb. Artıq 225 kilo olan və ayaqda durmaqda çətinlik çəkən Raine bir gün öz həyatının taleyini başqalarına həvalə etməməyə qərar verib. Bu addım ona tamamilə fərqli bir həyatın qapısını açır.

Gəncliyindən etibarən sosial təzyiq altında olan Raine, həm təyyarədə, həm də ictimai yerlərdə çətin anlar yaşayıb. 18 yaşında kilo verməyə çalışsa da, sərt diyetlər və ağır məşqlərə uyğunlaşa bilməyir. Universiteti bitirəndə isə tərəzidə ğzünü 213 kilo görmüşdü.

Yeni bir həkimdən aldığı tövsiyələrlə isə Raine öz sevdiyi qidaların daha yüngül alternativlərini taparaq müsbət dəyişikliklərə başladı. İki il ərzində tam 95 kilo verdi və TikTok paylaşımları milyonlarla insana çatdı. Hətta qızı da ondan ilham alaraq 41 kilo arıqladı.

Raine vurğulayır ki, onun üçün ən önəmli dərs düzgün qidalanma oldu -aclıq yox, bədən üçün faydalı qidalarla enerji toplamaq və prosesi davamlı etmək.