İndi pandemiyanı idarə etmək çətindir:“Təmaslar artıb”
15:21 19.02.2021
Sağlamlıq
643
«Karantin qaydaları sərt olanda pandemiyanı idarə etmək asan idi»
«Nazirə “yazığım gəlir”. Əhali deyir, məktəbi aç, o da açır»
«Təhsil müəssisələrində yoluxma müşahidə ediləndə də deyirlər ki, niyə məktəbləri açdın?!»
Bir müddətdir, ölkədə tətbiq edilən sərt karantin rejimi mərhələli şəkildə yumşaldılır. Şagirdlərin səsinə həsrət qalan məktəblər 1 fevraldan etibarən qismən bərpa olundu. Təəssüf ki, məktəblərdə yoluxma halı qeydə alındı.Fevralın 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb. Belə ki,bu məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəlliminin COVİD-19 testi pozitiv çıxıb.Bununla əlaqədar məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.
Bu barədə pediatr Vaqif Qarayev "Sherg.az"a danışıb:
“Nazirin özü də etiraf etmişdi ki, gələcəkdə nə ilə qarşılaşacağımızı bilmirik. Düz deyir. Karantin qaydaları sərt olanda pandemiyanı idarə etmək asan idi. Yumşalmalar olduqca təmaslar da çoxaldı. Məktəb məsələsinə 1 gün əvvəl belə proqnoz vermək olmaz. Hər halda heç kimi qınamıram. Əslində yaxşı mənada nazirə “yazığım gəlir”.
Əhali deyir ki, məktəbi aç, o da açır. Təhsil müəssisələrində yoluxma müşahidə ediləndə də deyirlər ki, niyə məktəbləri açdın? Virusa yoluxma artıb və ya azalması onluq deyil axı".
V. Qarayev deyib ki, sərt qaydalarla paralel peyvəndləmə həyata keçirilsəydi, müsbət nəticə olubsa, o zaman qaydaları yumşaltmaq və məktəbi də açmaq olardı:
"Kimsə təkcə avtomobilində maskasız əyləşibsə, onu cərimə edirlər. Marketlərdə, ictimai nəqliyyatdakı vəziyyət heç də ürəkaçan deyil, amma onları cərimələmirlər.
Həkim olaraq mən də razıyam ki, insan tək tənha gəzirsə, insan özünü niyə havadan məhrum etməlidir ki?!
Pandemiyanın sonrakı mərhələdə psixoloji fəsadlarını yaşayıb görəcəyik. Ümumi qanun var ki, heç yerdə maskasız gəzmək olmaz.
Yaxşı, onda sıxlığı azaldın. Azalda biləcəklər? Yox. Məktəblə bağlı isə proqnoz vermək çox çətindir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət
ABŞ Prezidenti: İranın uran ehtiyatını məhv edəcəyik
20:55 21.05.2026
Dünya
Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi
20:31 21.05.2026
Dünya
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
20:19 21.05.2026
Region
Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb
20:06 21.05.2026
Gündəm
Ekspert Minidiçin Zelenskini niyə məhkəməyə verdiyini açıqlayıb
19:52 21.05.2026
Dünya
İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib
19:19 21.05.2026
Rəsmi
Səssiz qoruyucular: Türkiyədə cəmi 8 ailə qalıb
19:12 21.05.2026
Cəmiyyət
Putin: Rusiya nüvə triadasını tələb olunan səviyyədə saxlayacaq
19:06 21.05.2026
Region
Sarukyan: Paşinyan dediyini sübut etsə, onu güllələyəcəm
18:50 21.05.2026
Cənubi Qafqaz