İnfarkt keçirmiş insanların 90%-nə xas ümumi vərdiş açıqlanıb

İnfarkt keçirmiş insanların əksəriyyətində- təxminən 90 faizində oyanan kimi fiziki fəallığın olmaması müşahidə olunur. Sherg.az xəbər verir ki, bu barədə britaniyalı kardioloq Sana Sadoksay "Daily Mirror" nəşrinə açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, yaşı və həyat tərzi fərqli olan pasiyentlərin tibbi tarixçəsində bir ümumi cəhət tez-tez üzə çıxır: səhərlər uzun müddət hərəkətsiz qalmaq. Bu insanlar yataqdan qalxdıqdan sonra dərhal oturaq vəziyyətə keçir, telefondan istifadə edir, daha sonra isə işə gedərək saatlarla yenə oturaq qalırlar.

Sadoksay qeyd edib ki, belə həyat tərzi qarın nahiyəsində piy yığılmasına, arterial təzyiqin yüksəlməsinə və ürək-damar sisteminə mənfi təsir göstərən gizli iltihab proseslərinin yaranmasına şərait yaradır.

Kardioloqun sözlərinə görə, bu riskləri azaltmaq üçün səhər saatlarında sadə fiziki aktivlik kifayətdir. Cəmi 5 dəqiqəlik gimnastika, dartınma hərəkətləri, yüngül qaçış və ya sürətli gəzinti qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsini aktivləşdirir, qanda şəkərin səviyyəsini sabitləşdirir və ürək üçün əlavə qoruyucu rol oynayır.