Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada katarakta səbəbindən görmə itkisi yaşayan hər iki nəfərdən birinin əməliyyata ehtiyac duyduğunu açıqlayıb və ölkələri bu sahədə səyləri artırmağa çağırıb.
Sherg.az xəbər verir ki, təşkilatın məlumatına görə, katarakt hazırda 94 milyondan çox insana təsir edir. Son 20 ildə əhalinin yaşlanması ilə əlaqədar əməliyyatlara tələbat artıb və qlobal əhatə dairəsi təxminən 15 faiz yüksəlib. Növbəti 10 ildə isə bu göstəricinin daha 8,4 faiz artacağı proqnozlaşdırılır.
ÜST vurğulayıb ki, 15 dəqiqə davam edən sadə katarakt əməliyyatı görmə qabiliyyətini dərhal və qalıcı şəkildə bərpa edən ən effektiv və sərfəli tibbi müdaxilələrdən biridir.