Qadınlar siqareti tərgitməkdə kişilərdən öncüldür - DƏQİQ HESABAT

1 milyard kişi hələ də siqaret çəkir, qadınlar isə artıq imtina edir

Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) məlumatlarına görə, 2000-2024-cü illər arasında tütün istifadəsi bütün yaş qruplarında həm kişilər, həm də qadınlar arasında azalsa da, qadınlar bu sahədə öncüldür.

Sherg.az xəbər verir ki, ÜST-ün 2025-ci il hesabatına görə, 2000-ci ildə 1,38 milyard olan tütün istifadəçisi 2024-cü ildə 1,2 milyarda enib. 2010-2024-cü illərdə tütün istifadəçilərinin sayı təxminən 120 milyon azalıb, bu da təxminən 27% azalma deməkdir.

Yeni təhdid: Elektron siqaret

Dünya üzrə 100 milyondan çox insan elektron siqaret istifadə edir, bunların böyük əksəriyyəti yüksək gəlirli ölkələrdədir. 13-15 yaşlı uşaqlar arasında isə təxminən 15 milyon elektron siqaret istifadəçisi mövcuddur. Tütün sənayesi, elektron siqaret, nikotin kisələri və digər yeni məhsullarla tütün asılılığını təşviq etməyə davam edir.

Qadınlar öncülük edir

Qadınlar 2025-ci il üçün müəyyən edilmiş tütün istifadəsini tərgitmə hədəfinə beş il əvvəl - 2020-ci ildə çatıb. Qadınlar arasında tütün istifadəsi 2010-cu ildə 11%, 2024-cü ildə isə 6,6%-a düşüb. Qadın tütün istifadəçilərinin sayı 2010-cu ildə 277 milyon ikən, 2024-cü ildə 206 milyon olub.

Kişilərdə isə hədəfə çatma müddətinin 2031-ci ilə qədər uzanması gözlənilir. Hazırda dünya üzrə tütün istifadəçilərinin dörddən üçü kişidir və təxminən 1 milyard kişi tütün istifadə edir. Kişilərdə tütün istifadəsi 2010-2024-cü illərdə 41,4%-dən 32,5%-ə düşsə də, azalma qadınlarla müqayisədə yavaşdır.

Regionlarda tütün istifadəsi

Cənub-Şərqi Asiyada kişilər arasında tütün istifadəsi 2000-ci ildə 70%, 2024-cü ildə 37%-ə düşüb.

Afrika regionunda tütün istifadəsi 2024-cü ildə 9,5% ilə ən aşağı səviyyədədir.

Avropada yetkinlərin 24,1%-i, Doğu Aralıq dənizi regionunda 18%-i, Qərbi Sakit Okean regionunda isə yetkinlərin 22,9%-i tütün istifadə edir. Qadınlarda bu göstərici 2,5%, kişilərdə isə 43,3%-dir.

Tütün istifadəsinin azalmasına baxmayaraq, əhali artımı səbəbindən tütün istifadəçilərinin ümumi sayı hələ də yüksəlməkdədir.