Əgər ağıllı telefonunuzdan bir an belə uzaq qala bilmirsinizsə və batareya faizi düşəndə panik yaşayırsınızsa, siz də nomofobiya riski altındasınız. Sherg.az xəbər verir ki, bu müasir sindrom xüsusilə gənclər arasında sürətlə yayılır və məktəb, sosial həyat kimi sahələrə mənfi təsir göstərir.
Bəs, nomofobiya nədir?
Nomofobiya (“no mobile phobia”) mobil telefondan uzaq qalmaq, əlaqə qura bilməmək və ya bağlantısını itirmək qorxusudur. Telefon həyatımızın mərkəzinə yerləşdikcə, bu fobiya daha da güclənir.
Əlamətləri:
Telefon yoxdursa boş və natamam hiss etmək
Cihaz yanındaykən də davamlı yoxlama
Batareya bitəndə çarəsizlik
Telefonu itirmək və ya xarab olmaq qorxusu
Çata bilmədikdə baş gicəllənməsi, nəfəs darlığı, ürək döyüntüsü
Gənclər və risk:
Yeniyetmələr ağıllı cihazlara daha tez asılı ola bilər. Nomofobiya əlamətləri ortaya çıxanda erkən müdaxilə vacibdir. Müalicə belədir:
Tibbi: 2–3 həftəlik dərman müalicəsi ilə beyin kimyası tənzimlənir.
Psixoloji: Fərdi və qrup terapiyaları ilə sağlam texnologiya vərdişləri formalaşdırılır.
Nomofobiyadan qorunmaq üçün sadə yollar:
Bəzən telefonu evdə qoymaq və ya istifadə etməmək
Müntəzəm “texnologiya detoksu” etmək
Təbiəti və ətrafı müşahidə etmək
Real münasibətlər qurmaq
Texnologiyanın sizi idarə etməsinə icazə verməmək
Uşaqlar üçün evdə texnologiya istifadə qaydalarını aydın təyin etmək
Nomofobiya günümüzdə çox yayılmış bir problemdir, amma sadə vərdişlərlə bu asılılığı idarə etmək mümkündür. Telefonu idarə etmək, yoxsa telefonun sizi idarə etməsinə icazə vermək sizin əlinizdədir.