Təcili tibbi yardım gələnə qədər həyatı xilas edən bir “yaşam körpüsü” rolunu oynayacaq
Ankarada ani ürək dayanmasına qarşı kritik bir addım daha atıldı. Valilik, ASELSAN və Səhiyyə Nazirliyinin əməkdaşlığı ilə inkişaf etdirilən yerli OED cihazlarının paytaxtın 25 strateji nöqtəsinə yerləşdirildiyini açıqladı. Türk dilində səsli əmrlər sistemi ilə xəstənin ürək ritmini analiz edən bu cihazlar, təcili tibbi yardım gələnə qədər həyatı xilas edən bir “yaşam körpüsü” rolunu oynayacaq.
Sherg.az xəbər verir ki, Valilikdən verilən açıqlamada qeyd olunur ki, Səhiyyə Nazirliyi və ASELSAN əməkdaşlığı ilə yerli mühəndislik gücündən istifadə edilərək hazırlanmış OED layihəsi, Türkiyənin inkişaf etmiş səhiyyə infrastrukturunu daha da irəli aparan mühüm texnologiya addımı kimi həyata keçirilmişdir.
Planlama çərçivəsində cihazların şəhərin müəyyən edilmiş 25 nöqtəsinə yerləşdirilməsinin tamamlandığı və vətəndaşların istifadəsinə verildiyi bildirilib. Açıqlamada qeyd olunur:
"ASELSAN imzalı yerli OED cihazları, Türk dilində səsli əmrlər sistemi vasitəsilə xəstənin ürək ritmini analiz edir, müdaxilə üçün şok lazım olub-olmadığını müəyyən edir və təcili tibbi yardım hadisə yerinə çatana qədər xəstənin həyata bağlanmasına xidmət edən bir yaşam körpüsü rolunu oynayır."