
Professor: Estetik əməliyyatlarda ölüm sayının artması...
16:02 10.09.2024
Sağlamlıq
720
Cərrahi əməliyyatdan sonra pasiyentinin ölümündə təqsirləndirilən estetik mərkəzin direktorunun cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə "Report"a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, istintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlamaqda, həmçinin növbəti gün isə xəstədə qanaxma baş verdikdə isə onu köməksiz vəziyyətdə qoymaqda şübhəli bilinib.
Məlumata görə, S.Vəliyeva keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən ölüb.
"Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib", - məlumatda qeyd olunub.
Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, estetik əməliyyatlarda ölüm sayının artması, estetik əməliyyatlarının sayının çoxalması ilə bağlıdır:

“Bu gün xanımların sosial maraqları və şou sistemli verlişlərin sayı artmaqdadır. Bunların hər biri isə estetik əməliyyatlara tələbatı çoxaldır. Bu cür əməliyyatlar isə sporadik ölüm halları yaradır. Ümumiyyətlə istənilən xəstəxanada, evdə, küçədə və digər yerlərdə olan ölüm halları təşrih olunmalı və ölümün birbaşa səbəbi müəyyən edilməlidir. Bu proseslərdən sonra rəy verə bilərik ki, səbəb nə imiş. Əgər xəstə birbaşa əməliyyat stolunda dünyasını dəyişirsə, o haqda danışmaq olar. Ancaq ölüm sonrakı etaplarda baş verirsə müxtəlif səbəblərdən ola bilməsi də mümkündür. İstənilən halda səbəb dəqiqləşməlidir. Əgər hüquqi xarakter daşıyacaqsa, mütləq Məhkəmə Tibbi Ekspertizanın rəyinə istinad etməliyik. Çünki hər hansı cinayət təbiqi buna əsaslana bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya