Regionlarda maarifləndirmə aparılsın ! - “Vaksinasiya vacibdir”
13:30 17.02.2021
Sağlamlıq
832
Yanvar ayının 18-də Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələsi başlayıb. İkinci mərhələ isə fevralın 1-dən etibarən start götürüb. Normal həyata qayıtmaq üçün vaksinasiya önəmlidir. Lakin regionlarda yaşayan əhali peyvəndləmə prosesinə kütləvi formada qoşulmur.
Azərbaycanda təxminən 50 mindən çox şəxs vaksinasiya olunub. Amma peyvənd olunanların əksəriyyəti səhiyyə işçiləridir. Qardaş Türkiyə peyvəndləmə prosesinə bir neçə gün əvvəl başlasa da, artıq milyon nəfərin vaksinasiya olunduğu barədə məlumat verilir.
Dərman yoxdur,ucqar ərazilərdə yaşayanlar peyvəndləməyə də qoşulmasalar, durumun ağırlaşacağını təsəvvür etmək elə də çətin deyil. Paytaxt Bakıda maarifləndirmə aparılır, regionlarda məlumatlandırma zəifdir.
Nə üçün regionda olanlar vaksin olmaq istəmirlər, maarifləndirmə yoxdur, yoxsa peyvəndə inam azdır?
Bu barədə "Sherg.az"a danışan tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı bildirib ki, vaksinasiya könüllü həyata keçirilən prosesdir. Lakin xəstəliyə görə vaksinasiya olunmaq məcburiyyətindəyik:
"Hər kəsin evində televizor var. Elə gün olmur ki, xarici və yerli kanallarda koronavirusla bağlı müzakirə aparılmasın. Maarifləndirmə nə dərəcədə olmalıdır, insanlar bunu anlasın? Sadəcə başa düşmək istəmirlər.
Hələ də koronavirusa inanmayanlar var. Paytaxt Bakının özündə “boş şeydir, yalandır” deyənlərə rast gəlirik. 1 ilin təbliğatı təsir etmir. Elə bir adam qalmayıb, qohum-qonşusundan xəstəliyə yoluxan olmasın. Biz bundan artıq nə etməliyik? Cinayət işi açmalı deyilik ki...
Cərimələr də tətbiq edildi, nə çarə. Xəstəliyə inanmayanlar, peyvəndləməyə də inanmırlar. Çox təəsüf ki, xəstəliyə yalan kimi yanaşanlar cahil insanlardır. Elmi, intellektual səviyyəsi yüksək olan, kitab oxuyan, hər hansı sahənin mütəxəssisi heç vaxt belə söhbət etməz. Onlar şüurlu surətdə anlayırlar. Vaksinasiya bu gün yaranmayıb".
Ş.Namazlı deyib ki, illər ərzində müxtəlif xəstəliklər olub və hər birinə qarşı vaksin hazırlanıb:
"İnanmırlar inanmasınlar, nə qədər təbliğat aparmaq olar? Vaksinasiya olunmaq xəstəliyə bir daha yolxumamaq mənasına gəlmir. Sadəcə həmin şəxslər yoluxsalar, xəstəliyi yüngül keçirəcəklər. Əsas məsuliyyət tibb işçilərinin üzərinə düşür. Kanallar vasitəsilə maarifləndirmə aparmalıdırlar. Rayonlarda sahə tibb bacıları profilaktik olaraq insanları məlumatlandırmalıdır. Məktəblər müəyyən qədər açılıb. Tədris müəssisələrində də şagird və müəllimlərə məlumat verilməlidir.
Əhalinin 50 faizi vaksinasiya olunarsa, işimiz çox yüngülləşər, ölüm halı müşahidə edilməz. Pandemiyanın kütləvi yayıldığı vaxtlarda xaricdə o qədər ölüm halı yaşanırdı ki, dəfn etməyə yer tapılmırdı. Bir sözlə, regionlardakı insanlar daxil olmaqla hər kəs bu istiqamətdə maarifləndirilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm