Rusiyada QİÇS böhranı: Hər 100 rusiyalıdan biri virusa yoluxub

Rusiyada rəsmi məlumata görə, hazırda təxminən 1,25 milyon insan QİÇS-lə (İnsan immun virusu) yaşayır. Bu, hər yüz nəfərdən birinə bərabərdir.

Sherg.az xəbər verir ki, rəqəmlər Rospotrebnadzorun akademiki Vadim Pokrovski tərəfindən açıqlanıb.

Hər il dünyada təxminən 1,5 milyon insan QİÇS-ə yoluxur, onların 50 mindən çoxu isə Rusiyanın payına düşür. Epidemiya başlayandan bəri xəstəlik təxminən 40 milyon insanın həyatına son qoyub. Bu göstərici həm İspan qripindən, həm də Koronavirusdan çoxdur.

Virus ən çox o mühitlərdə sürətlə yayılır ki, insanlar seksual davranışlarına nəzarət etmir və təhlükəsizlik qaydalarına riayət olunmur.

Rusiyada yoluxma səviyyəsi Avropa İttifaqının orta göstəricisindən 3–5 dəfə daha yüksəkdir. Avropada demək olar ki, bütün xəstələr lazımi müalicəyə tam çıxış imkanına malikdir. Rusiyada isə rəsmi qeydiyyata alınmış daşıyıcıların cəmi 60–70%-i müvafiq müalicəni əldə edə bilir.

Avropa, xəstəliyin qarşısının alınmasına, müntəzəm testlərin əlçatanlığına və müasir müalicə proqramlarına ciddi investisiya yatırır. Rusiya isə problemi çox vaxt görməzdən gəlir və onun öz-özünə həll olunacağına ümid edir. Lakin reallıq göstərir ki, bu yanaşma nəticə vermir.