Stresdən qurtulmaq: Özünüzü daha yaxşı hiss etdirəcək 5 hobi
14:36 13.09.2025
Sağlamlıq
468
Gündəlik həyatın stresindən qurtulmaqda çətinlik çəkirsinizsə, doğru hobbilərlə beyninizi rahatlada bilərsiniz.
Sherg.az qayğını azaltmağa kömək edən fəaliyyətləri təqdim edir.
Bəzən xoşbəxtliyin açarı sakit və rahat bir zehnə sahib olmaqdır. Təkrarlanan düşüncələrdən və gündəlik qaça-qaçdan qurtulmaq üçün özünüzə bir hobi seçə bilərsiniz.
1 - Bitki yetişdirmək
Təbiətlə bağ qurmaq və bitkilərinizlə maraqlanmaq üçün vaxt ayırmaq, özünüzü daha rahat hiss etməyinizə kömək edə bilər. Bunun üçün bağınızın olmasına ehtiyac yoxdur - sadəcə evinizdəki saxsı bitkiləri ilə maraqlanmaq belə ruh halınızı yaxşılaşdıracaq və stresinizi azaldacaq.
2 - Yemək bişirmək
Yemək bişirərkən bütün diqqətinizi hazırlıq prosesinə yönəltmək, gündəlik qayğılardan uzaqlaşmağınızı təmin edəcək. Eyni zamanda yaradıcılığınızı istifadə edərək hazırladığınız yemək həm ləzzətli bir nahar olacaq, həm də özünüzü yaxşı hiss etdirəcək.
3 - Yazmaq / gündəlik tutmaq
Gündəlik tutmaq, hisslərinizi ifadə etməyin və anlamağın gözəl bir yoludur. Zehniniz sürətlə işlədikdə və narahatlıq artdıqda bunları yazıya köçürmək həm sizi rahatladacaq, həm də problemlərə həll tapmağınıza yardım edəcək.
4 - Fiziki məşq etmək
Məşq etmək, beyninizin stresslə daha yaxşı mübarizə aparmasına kömək edərək ruhi sağlamlığınızı yaxşılaşdıracaq. Bu səbəbdən yoqa, gəzinti kimi bir fəaliyyəti gündəlik həyatınıza daxil etmək sizi daha sakit və balanslı edə bilər.
5 - Əl işləri ilə məşğul olmaq
Toxuculuq, keramika düzəltmək və ya yağlı boya ilə rəsm çəkmək kimi diqqətinizi çəkən sahəyə yönəlmək daxildə sıxışıb qalan hiss və düşüncələrinizi ifadə etməyə, dolayısı ilə onlardan azad olmağa kömək edər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm