Yeriyə bilməyən xəstələr indi pilləkən qalxır
Hazırda həm qadın, həm də kişilər keçmək bilməyən diz ağrılarından əziyyət çəkir.
Sherg.az "Milliyet.com.tr"yə istinadən xəbər verir ki, həyat keyfiyyətini xeyli azaldan bu sağlamlıq probleminə yaxşı xəbər Sakarya Təhsil və Araşdırma Xəstəxanası (SEAH) Korucuk Kampusundan gəlib. Üç həkim tərəfindən inkişaf etdirilən yeni inyeksiya metodu; irəliləmiş mərhələdə diz kirəçlənməsi olan, əməliyyat olmaq istəməyən və ya əməliyyatdan sonra ağrıları davam edən xəstələrdə tətbiq olunub və ağrıların böyük ölçüdə keçdiyi müşahidə edilib.
Bəs, tək bir inyeksiya dizdəki ağrını necə kəsir? Algologiya (ağrı) mütəxəssisi Dr. Rıdvan Işık bu yeni inyeksiya metodunu bütün detalları ilə izah edir.
Diz ağrısı - ən yayılmış ortopedik problemlərdən biri
Gündəlik həyatda yürümək, əyilmək, oturmaq və ya çökmək kimi hərəkətlər üçün dizlərimizi istifadə edirik. Zamanla dizlərdə zədələnmə və köhnəlmə kimi problemlər ağrılara səbəb olur. Xüsusilə kirəçlənmə, xroniki ağrıya, ağır fiziki fəaliyyət isə dizdə kəskin ağrılara gətirib çıxarır.
Sakarya Universiteti (SAÜ) Algologiya (Ağrı) üzrə müəllimi Dr. Rıdvan Işık bildirir ki, hərəkətsizlik və yanlış yüklenmə əzələlərin zəifləməsinə və elastikliyin azalmasına səbəb olur. Artıq çəki diz oynağına əlavə yük gətirir, yaşla birlikdə isə qığırdaq itkiləri baş verir. Uzun müddət ayaqda qalmaq, tez-tez çökmək kimi vərdişlər də diz zədələnməsinə yol açır. Keçmiş menisküs və ön çarpaz bağ yaralanmaları isə əlavə qığırdaq zədəsi yaradır.
Yeni inyeksiya necə ortaya çıxdı?
Dr. Rıdvan Işık deyir:
"Bu metod ehtiyac əsasında yarnadı. Algologiya və regional anesteziya sahəsində dizə tətbiq olunan inyeksiyalar zamanı bəzi çatışmazlıqları gördüm. Əvvəl, ağrını tam azaltmaq üçün ya bir neçə inyeksiya lazımdı (ən az 3), ya da femoral sinirə inyeksiya tətbiq olunmalıydı ki, bu həm riskli, həm də bəzi xəstələrdə müvəqqəti əzələ zəifliyinə səbəb olurdu. Bunun üçün Doç. Dr. Onur Balaban ilə fikir mübadiləsi etdik. Məqsədim, tək bir inyeksiya ilə dizin bütün ərazisini əhatə edən və əzələ gücünü azaltmayan yeni bir analjeziya üsulu inkişaf etdirmək idi. Sonra bu fikri Doç. Dr. Onur Balaban və SAÜ Tibb Fakültəsi Anatomiya Kafedrasının rəhbəri Doç. Dr. Keziban Karacan ilə müzakirə etdik və həm anatomik, həm də kadavra üzərində məqsədimizə uyğun bir sahə tapdıq. Əvvəl kadavrada sınadıq, istədiyimiz nəticəni aldıqdan sonra xəstələrdə tətbiq etdik. Nəticələr uğurlu oldu və bunu elmi jurnalda yayımladıq."
Ağrını necə kəsir?
Dr. Işık izah edir ki, inyeksiya dizin ağrı siqnallarını daşıyan sinirlərə yönəldilir.
"İnyeksiya dizin ön tərəfində yerləşən 3 əsas əzələ arasındakı fasya bölgəsinə tətbiq olunur. Bu sahə diz ön tərəfindəki əksər ağrı sinirlərinin kəsişmə nöqtəsidir. Sinirləri uyuşduraraq ağrını aradan qaldırırıq. Beləliklə, tək bir inyeksiya ilə dizin böyük hissəsinin ağrısını kəsmiş oluruq. Bu metod daimi müalicə deyil, əlavə dəstək müalicəsidir və xəstələrə məşq və reabilitasiya üçün fürsət yaradır. Metodu irəliləmiş kireçlənmə, əməliyyat istəməyən və ya əməliyyatdan sonra ağrısı davam edən xəstələrdə tətbiq etdik və ağrıların əksəriyyətinin keçdiyini gördük."
Xəstələr gündəlik fəaliyyətlərini yerinə yetirə bilir
Dr. Işık bildirir:
"Klassik diz ağrısı müalicələri, xroniki və irəliləmiş diz ağrısı olan xəstələrdə "Refleksiv nöromuskulyar inhibisiya" adlanan mexanizmə görə diz ətrafı əzələlərdə (xüsusilə kuadriseps) zəifliyə səbəb olur. Bu isə yürümək, pilləkən çıxmaq kimi hərəkətləri çətinləşdirir. Yeni inyeksiya ilə ağrı keçdikcə, inhibisiya mexanizmi bloklanır və əzələlər öz gücünü bərpa edir. Xəstələr gündəlik fəaliyyətlərini yerinə yetirə bilir."
Xəstə təcrübələri
59 yaşlı Nazilə Çağlar:
"4-5 il əvvəl başlayan dözülməz ağrılarım üçün çox həkimə müraciət etdim, amma nəticə yox idi. Ortopediya bölümü əməliyyat təklif etdi. Sonra Dr. Rıdvan Işığa müraciət etdim. "İndi əməliyyata ehtiyac yoxdur" dedi və inyeksiya etdi. Əvvəl yeriyə bilmirdim, indi həm yeriyirəm, həm də dizimi bükə bilirəm."
68 yaşlı Varol Hanedan:
"10 ildir keçməyən diz ağrılarım var idi. Keçən ilin iyun ayında sağ ayağıma protez qoyuldu, sol ayağımada da ağrı vardı. Əvvəl sol bacağıma, sonra protezli ayağıma inyeksiya edildi. Əvvəl stuldan qalxarkən dəstəyə ehtiyacım vardı, indi bütün problemlərim aradan qalxdı."