Uşağı sakitləşməyə kömək etməyin 7 yolu

Uşağınız sizə güclü duyğularla yaxınlaşdıqda, etməməli olduğunuz son şey onun hisslərini kiçiltmək və ya bu duyğulara görə onu cəzalandırmaqdır. Əksinə, valideyn olaraq sizin vəzifəniz ona çətin anlarda necə sakitləşməyi öyrətməkdir. Sherg.az uşağın sakitləşməsinə kömək edə bilən qəbul olunmuş 7 üsulu təqdim edir:

1. Gəzintiyə çıxın

Uşağınız güclü emosiyalar yaşayarkən onu qısa bir gəzintiyə aparın. Gəzinti yalnız diqqəti yayındırmır, eyni zamanda təbiət özü də sakitləşdirici təsir göstərir. Bu iki amil uşağınızın diqqətini yenidən toplamasına və zehnini rahatlatmasına kömək edir.

2. Ona qədər sayın

Uşaqlar əsəbi və narahat olduqda adətən dərin nəfəs almağa meylli olmurlar. Onlara ona qədər sayaraq nəfəs alıb-verməyi öyrədin. Bu, diqqətlərini yenidən cəmləməyə və sakitləşməyə kömək edəcək.

3. Uşağınızın emosional söz ehtiyatını genişləndirin

Uşağınız əsəbi olmadığı vaxtlarda belə onun duyğularını adlandırmağa kömək edin. Bu, onun hansı hissləri yaşadığını daha yaxşı anlamasına şərait yaradar. Beləliklə, güclü emosiyalar hiss etdikdə davranışla deyil, sözlərlə özünü ifadə edə bilər.

Məsələn, uşaq parkda yıxılıb dizini zədələyibsə, belə deyə bilərsiniz:

“Dizini vurduğun üçün yaralandın. Canın yanır və özünü kədərli hiss edə bilərsən.”

4. Qəzəb ilə davranış arasındakı fərqi başa salın

Uşağınız qəzəbli olduqda, həmin duyğunu hiss etməklə ona uyğun davranmaq arasındakı fərqi izah etmək çox vacibdir. Məsələn:

“Qəzəbli olduğunu başa düşürəm. Amma əşyaları atmaq və başqalarına vurmaq qəbul edilə bilməz.”

5. Dərin nəfəs almağa kömək edin

Emosional gərginliyin pik nöqtəsində uşağınıza dərin nəfəs almağı öyrədin. Burnundan nəfəs alıb, ağzından verməsini istiqamətləndirin. Bu, narahat nəfəs ritmini normallaşdıracaq.

6. Diqqətini yayındırın

Qəribə səslənsə də, uşaqların diqqət müddəti qısadır. Digər üsullar nəticə vermədikdə, film və ya oyun vasitəsilə diqqətini başqa istiqamətə yönəldin.

7. Onu dinləyin

Əsas açar – dinləməkdir. Nəyə görə üzüldüyünü bildiyinizi düşünsəniz belə, onu diqqətlə dinləyin. Sual verin, təsəlli edin və nə hiss etdiyini ifadə etməsinə imkan yaradın.