Xroniki xəstəliklə bağlı irəliləyiş dayanıb - ÜST AÇIQLAYIB
Yusif Nəzərli
02:17 14.09.2025
Sağlamlıq
468
İnkişaf etmiş Qərb ölkələri arasında Avropada xroniki xəstəlik reytinqində aşağı sıralara enir.
Xərçəng, ürək və nevroloji xəstəliklər kimi xroniki problemlərdən ölüm halları dünyanın əksər ölkələrində azalıb, lakin yeni qlobal təhlilə görə, son illərdə irəliləyiş yavaşlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), London İmperial Kolleci və digər təşkilatların tədqiqatçıları 185 ölkə və ərazidə xroniki xəstəliklərdən ölüm riskini qiymətləndiriblər.
Onlar 2010-cu illərdə xroniki xəstəliklərdən ölümlərin ölkələrin təqribən 80 faizində azaldığını, lakin irəliləyişlərin on il əvvəlkindən, xüsusən də Avropa, Şimali Amerika, Asiya və Sakit Okean hövzəsinin inkişaf etmiş ölkələrində xeyli yavaş olduğunu müəyyən edib.
Tədqiqatçılar Danimarkanı Qərbdə xroniki xəstəliklərdən ölüm üçün “regional meyar” adlandırıb.
Mərkəzi və Şərqi Avropa ölkələrində göstəricilər 2010-cu illərdə yaxşılaşıb və Moldovada xroniki xəstəlik riskində ən böyük azalma müşahidə edilib. Tədqiqatçılar bildiriblər ki, Rusiyada və regionun bəzi digər ölkələrində spirtli içkilərə nəzarət siyasəti xəstəliklərin azalamasında böyük rol oynayıb. Tədqiqat “The Lancet” tibb jurnalında bu ayın sonunda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında xroniki xəstəliklərlə bağlı iclasdan əvvəl dərc edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm
Günə enerjili başlamaq üçün 9 səhər vərdişi
17:16 13.10.2026
Sağlamlıq
Dövlət Baxçalı Kılıçdaroğlu ilə görüşüb
17:09 13.10.2026
Siyasət
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
17:02 13.10.2026
Aktual
Professor Tərlan Quliyev vəfat edib
16:50 13.10.2026
Elm və Təhsil
Asim Xudiyev UEFA-dan təyinat aldı
16:43 13.10.2026
İdman
Tramp İran rəhbərlərinin öldürülməsini səhv addım hesab edib
16:37 13.10.2026
Gündəm