Yanlış istifadə uşaqların həyatını riskə atır
İnfeksion xəstəliklər üzrə Türkiyəli mütəxəssis Dr. Dilək Leyla Mamçu bildirir ki, antibiotiklərin lazımsız istifadəsi xüsusilə uşaqlarda ciddi fəsadlar yaradır və antibiotik dirəncini artırır.
Sherg.az xəbər verir ki, son araşdırmalar Cənub-Şərqi Asiyada antibiotik istifadəsinin 160%, Afrikada isə 126% artdığını göstərir. Bu səbəbdən əvvəllər müalicə olunan sətəlcəm, sepsis və ishal kimi infeksiyalar daha ölümcül hala gəlir.
Mütəxəssis vurğulayır ki, antibiotik yalnız bakterial infeksiya sübut ediləndə istifadə olunmalıdır. Yanlış diaqnoz və nəzarətsiz istifadə direncin artmasına, xəstəliklərin ağırlaşmasına və xəstəxanada qalma müddətinin uzanmasına səbəb olur.
ÜST-ə görə, 2050-ci ildə antibiotik dirənci səbəbindən illik 10 milyon ölüm baş verə bilər. Antibiotiklərin həm tibbdə, həm də heyvandarlıqda nəzarətsiz istifadəsi direncin qida, su və ətraf mühit yoluyla daha sürətli yayılmasına şərait yaradır.
Dr. Mamçu bildirir ki, antibiotikə ehtiyac olub-olmadığına yalnız həkim qərar verə bilər:
-Antibiotik yalnız reseptlə alınmalıdır.
-Müalicə yarımçıq saxlanılmamalıdır.
-Yan təsir olduqda dərhal həkimə müraciət edilməlidir.
“Unutmayın, hər boğaz ağrısı və ya soyuqdəymə antibiotik tələb etmir,” -deyə mütəxəssis xəbərdarlıq edir.