''Z'' nəsli təhlükədə - Antidepresantların qorxunc yan təsiri ortaya çıxdı!

Getdikcə daha çox “Z” nəsil gəncləri antidepresantlardan asılı vəziyyətə düşür və bu dərmanlar onların cinsi həyatını illərlə poza bilər.

Sherg.az ''The New York Times''a istinadən xəbər verir ki, bu preparatlar geniş şəkildə narahatlıq və apatiya üçün yazılır, lakin çox sayda gəncdə onlar cinsi istəyi azaldır.

Bəzi pasiyentlərdə yan təsirlər dərmanı dayandırdıqdan sonra belə keçmir. Həkimlər bunu “post-effekt” adlandırırlar. Bədənin əsas bioloji motivasiyasını bərpa etməsi aylar, hətta illər çəkə bilər.

Psixiatrlar xəbərdarlıq edirlər ki, hazırda münasibətlərdən çəkinən, emosional bağ qurmaqda çətinlik yaşayan və ən fundamental sağqalma instinktini itirmək riski ilə üzləşən bir nəsil formalaşır.