Yalan ölüm xəbərlərindən İP tutanlar...
Yusif Nəzərli
05:27 28.12.2023
Media
891
Peşəkar media hadisəni araşdırmadan, mənbələrə istinad etmədən xəbəri verməməlidir
Tanınmış aparıcı Elvin Basqallının ölüm xəbəri yayılıb.
Bəzi Tiktok səhifələri onun foto və videolarını paylaşaraq “Allah rəhmət eləsin” sözlərini yazıblar. Yayılmış məlumatlara E.Basqallı özü aydınlıq gətirib: “Tiktokda ölüm xəbərimi yayıblar. Səhifəm də bağlı olduğu üçün çox adam xəbərə inanıb. Səhərdən dost-tanış zəng edir. Köhnə qonşum zəng edib soruşdu ki, ölmüsən? Dedim, yox. Kövrəlmişdi, ağlamağa başladı. Mən də ona qoşuldum ağladım. Sonra dedim ki, qardaş, ölməmişəm axı, niyə ağlayırıq?!”.
Bu, ilk deyil. Media məşhurları tez-tez “öldürüb-dirildir”. Bəzi hallarda bilməyərəkdən, bir çox hallarda isə bilərəkdən yayılan bu yalançı ölüm xəbərləri mətbuatın “olmazsa olmaz”ı sayılır. Bu tipli xəbərlə İP qazanmaq dəfələrlə sınanmış çox pis metoddur.
Maraqlıdır, bəs sosial şəbəkələrdə və yaxud mətbuat orqanlarında kiminsə yalan ölüm xəbərini yaymaq məsuliyyət yaradırmı?
Hüquqşünas Ələsgər Məmmədli isə “Sherg.az”a açıqlamasında deyib ki, informasiya öz təsdiqini tapmadığı halda yanlış informasiyanı tirajlayan media orqanları mütləq təkzib verməlidir. Onun sözlərinə görə, informasiyanın təməl prinsiplərindən biri operativliklə bərabər, həm də dəqiqlikdir:
“Ən azı ilk mənbədən xəbər təsdiqlənməlidir. Etik standartlara görə, jurnalist obyektiv, qərəzsiz olmalıdır, mənbələrə istinad etməlidir. İstinad etdiyi mənbə də güvənilən olmalıdır. Hüquqi standarta gəldikdə isə jurnalist başqalarına zərər verən davranışlardan çəkinməlidir. "Media haqqında" qanuna görə, jurnalistlər qanunvericiliyə uyğun fəaliyyət göstərmədiyi halda, inzibati məsuliyyət daşıyır.
Ona görə də media hər hansısa xəbəri dərc etməzdən öncə azı iki mənbədən araşdırmalıdır. Hər hanısa bir şəxsin adından qəsdən, böhtan xarakterli xəbər yayarsa, həmin media qurumu məsuliyyətə cəlb oluna bilər. İstər "Media haqqında" qanunun 77-ci maddəsi, istərsə də İnzibati Xətalar Məcəlləsinin 188-ci maddəsi KİV-in azadlığından sui-istifadəetmə hallarına görə inzibati məsuliyyəti nəzərdə tutur. Fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər (redaktor və ya KİV rəhbəri) 500-700 manat, hüquqi şəxslər, yəni media qrumunun özü isə 2000-3500 manat məbləğində cərimə oluna bilər. Bundan əlavə, yayılan ölüm xəbərləri ilə bağlı jurnalist mülki məsuliyyət də daşıyır. Hansısa bir məşhur haqqında yayılan ölüm xəbərini həmin şəxsin ailə üzvləri görüb həyəcan və stress keçirə bilər. Jurnalistlər şəxslər haqqında məlumat yayarkən diqqətli olmalı və xəbərin doğruluğuna əmin olmalıdır. Bu tipli xəbərlər sosial mediada yayılsa belə, peşəkar media baş vermiş hadisəni araşdırmadan, mənbələrə istinad etmədən xəbəri verməməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol