
Ovlanma haqqında doğru-dürüst qanunumuz yoxdur -Ekoloqdan sərt reaksiya
11:52 28.08.2024
Cəmiyyət
690
Kəlbəcərdə ölmüş heyvanların sosial şəbəkələrdə yayılmış görüntüləri ilə bağlı araşdırma başlanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, sözügedən görüntü ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində müvafiq araşdırma başladılıb:
"İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekpertizanın rəyindən sonra heyvanların hansı səbəbdən tələf olması məlum olacaq".
Həmçinin, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov "Report"a bildirib ki, Kəlbəcər rayonunda dağ keçilərinin vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılır.
Mövzu ilə bağlı fikirlərini bölüşən ekoloq Qorxmaz İbrahimli "Sherg.az"a bildirib ki, dağ keçilərinin ovlanması üzücü haldır:

“Hökumətimiz bu barədə düşünməlidir. Kəlbəcər və digər ərazilərdə müharibə dövründə ekosistem həm vəhşi təbiətin xeyrinə, həm də zərərinə dəyişib. Xeyrinə odur ki, insanlar həmin ərazidə çox yaşamırdılar və vəhşi təbiət azad idi. Ümumiyyətlə insanlar vəhşi təbiətlə düzgün davransalar mənfi hadisələr olmaz. Qırmızı kitaba düşmüş keçilərin və digər heyvanların ovlanması isə qadağandır. Çox vaxt məmurlarımız bu hallara göz yumuraq icazə verirlər. Digər tərəfdəndə ovlanma haqqında doğru, dürüst qanunumuz yoxdur. Yəni hansı heyvanların nə vaxt ovlana biləcəyi bilinmir. Hətta bir zamanlar ərəblər və Amerikanın bəzi insanları, səfirləri bizim dağlarımıza keçib vəhşi qoyun, dağ keçisi və ayıları ovlayırdılar".
Ekoloq qeyd etdi ki, ovlanmaya ciddi nəzarət və kvota ilə icazə vermək lazımdır:
"Artıq Xızı və Şamaxı ərazilərində Kəklik qalmayıb. Çünki nsanlar tərəfindən vəhşicəsinə ovlandılar. Həmçinin qırmızı kitaba baxan da yoxdur. Bu səbəblə də Azərbaycanda bir çox quşların, heyvanların və həşəratların kökü kəsilməkdədir. Bunun qarşısı alınmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu barədə düşünməlidir. Eyni zamanda professional ovçularla nəyi?, nə vaxt? ovlamaq lazım olduğunu müzakirə etmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib
08:57 17.11.2026
Dünya
“Heç kim bilmirdi ki, toyumuza gəlirlər”
08:20 17.11.2026
Şou
"iPhone"nin yan düyməsini səkkiz əmri açan köməkçiyə çevirin
07:51 17.11.2026
Texnologiya
Toxluq hissi yaratmadan orqanizmi məhv edən nələrdir?
07:17 17.11.2026
Sağlamlıq
Luiş Fiqu FİFA prezidentliyinə namizədlərdən biri ola bilər
06:06 17.11.2026
Futbol
Fidanla görüşdüm, əsas vasitəçi Türkiyədir - Sibiqa
04:50 17.11.2026
Aktual
İsrail hərbçiləri Livanda “Hizbullah”ın iki üzvünü saxlayıb
03:45 17.11.2026
Dünya
ABŞ-nin ən böyük bankları kütləvi texniki nasazlıqla üzləşib
02:58 17.11.2026
Texnologiya
Ziddiyyət var, Tramp Baydenin sanksiyalarını uzadır - Lavrov
02:22 17.11.2026
Aktual
İsrail Qəzzada HAMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
01:32 17.11.2026
Gündəm
Bu gün Milli Dirçəliş Günüdür
00:12 17.11.2026
Siyasət
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib
23:20 16.11.2026
Sosial
Avropa-Rusiya münasibətlərində sülh dövrü artıq başa çatır - ŞƏRH
23:04 16.11.2026
Gündəm
Hər kəsin qəlbinə yol tapan bir dünya
22:44 16.11.2026
Cəmiyyət