
Nədən danışırıqsa, sosial şəbəkələrdə qarşımıza çıxır -AÇIQLAMA
Nədən danışırıqsa, sosial şəbəkələrdə qarşımıza çıxır -AÇIQLAMA
08:15 29.08.2024
Cəmiyyət
331
Bu, pis bir şey deyil, əksinə, bizim üçün də faydalıdır
“Toplanan məlumatlar yalnız məhsul “teq”ləridir. İnsanların şəxsi həyatına aid olan informasiyalar süni intellektin maraq dairəsində deyil”
Öz aramızda nədən danışırıqsa, sosial şəbəkələrdə həmin mövzuya uyğun video və reklamlar qarşımıza çıxır. Bu hal bəzi insanlarda maraq və narahatlıq yaradır, “izlənirikmi?” deyə düşünməyə vadar edir.
Paytaxt sakinləri də dəfələrlə bu vəziyyətlə rastlaşdıqlarını bildiriblər.
Mütəxəssislərin fikrincə, məqsəd süni intellekt vasitəsilə reklamları daha yaxşı hədəf almaq və satmaqdır.
Axtarış motorları üçün istifadəçi məlumatlarını toplamaq və ondan remarketinqdə istifadə etmək standart təcrübə olub. Bəli, bizi izləyirlər, amma bu monitorinq düşündüyümüz kimi söhbətləri dinləmək və ya mesaj oxumaq formasında deyil.
Şifrələnmiş və insan tərəfindən oxunmayan mətnlərin və səslərin yalnız reklam açar sözlərinə uyğun olduğu halda alqoritm tərəfindən nəzərə alındığı bir infrastruktur var.
Qabaqcıl dinləmə alqoritmləri sayəsində tətbiqlər və platformalar söhbətlərimizi izləyir, şəxsi məlumatları toplayır və reklam hədəflənməsi üçün istifadə edir. Bu alqoritmlər istifadəçilərin səs və ya mətn nitqini təhlil edərək onların maraqlarını, ehtiyaclarını və üstünlüklərini müəyyən etmək üçün süni intellekt üsullarından istifadə edir. Beləliklə, hədəflənmiş reklamlar istifadəçilərə təqdim edilərkən, məxfilik və məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar da yaranır. Bu, istifadəçilərdən şəxsi məlumatlarını şüurlu şəkildə qorumağı və dinləmə alqoritmlərinin necə işlədiyini başa düşməyi tələb edir.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov “Sherg.az”a açıqlamasında deyib ki, dünya təcrübəsində bu mövzu illərdir müzakirə olunur. Azərbaycanda isə son illər aktuallaşıb:

“10 ildən çoxdur bu hal baş verir. Sadəcə, son illər sosial şəbəkələrdə süni intellekt və inteqrasiyadan sonra bu proses daha da təkmilləşib. Sosial şəbəkə profillərimizdə bizim xüsusiyyətlərimizin, xarakterimizin əks olunduğu profil var. Orada bizim maraqlandığımız sahələr əks olunur. Danışdıqlarımız, yazışdıqlarımız mövzular filtirasiyadan keçdikdən sonra “teq”lenir ve arxa profilimizdə toplanır. Sosial şəbəkələr də həmin məlumatlardan koorporativ maraqları üçün istifadə edirlər. Düşünürəm ki, bu, pis bir şey deyil. Əksinə, bizim üçün də faydalıdır. Əvvəllər saatlar və günlər sərf edərək axtardığımız şey indi tezliklə tapmaq olur. Hazırda "Big Data" əsridir. Yəni süni intellekt böyükhəcmli informasiya ilə işləyərək nələrisə üzə çıxardır. Onu da deyib ki, toplanan məlumatlar yalnız məhsul “teq”leridir. İnsanların şəxsi həyatına aid olan informasiyalar süni intellektin maraq dairəsində deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm
Okamponun açıqlamaları ciddi suallar doğurur - ŞƏRH
17:42 30.04.2026
Siyasət
Himnimizi bərpa edərək Millətimizə qaytaran böyük bəstəkar
17:32 30.04.2026
Mədəniyyət