Nazir: 15 gün ərzində 25 mindən çox qaçqın Suriyaya qayıdıb
13:24 24.12.2024
Dünya
328
Təkcə son 15 gün ərzində Türkiyədən 25 mindən çox suriyalı qaçqın öz ölkəsinə könüllü qayıdıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “Anadolu” agentliyinin redaktorlarının dəyirmi masasında çıxışı zamanı bildirib.
Türkiyəli nazirin sözlərinə görə, Bəşər Əsəd Suriyadan qaçdıqdan sonra insanlar öz vətənlərinə daha fəal şəkildə qayıtmağa başlayıblar. Həm də qayıdış templəri 6-8 dəfə artıb. “Ümumilikdə, 2017-ci ilin əvvəlindən Suriyada hakimiyyət dəyişikliyinin baş verdiyi 2024-cü il dekabrın 8-dək Türkiyədən 763 mindən çox suriyalı ölkəsinə qayıdıb”, - deyə Türkiyə DİN rəhbəri bildirib.
Yerlikaya qeyd edib ki, bu gün Türkiyədə qanuni olaraq yaşayan 4 milyon 164 min əcnəbidən 2 milyon 920 mini Suriyadan olan qaçqındır. Üstəlik, Türkiyədəki suriyalı qaçqınların ümumi sayının təxminən 30 faizi ölkəyə gəldikdən sonra doğulan uşaqlardır.
Nazir qeyd edib ki, suriyalıların ölkələrinə qaytarılması prosesi altı sərhəd-keçid məntəqəsi vasitəsilə həyata keçirilir.
“Hazırda geri qayıdanların yarıdan çoxu Hələb vilayətindəndir. İnsanların köməyə ehtiyacı var. Türkiyə Suriyanın yenidən qurulmasına dəstək olmaq və insanların öz evlərinə layiqli şəkildə qayıtmasını təmin etmək üçün bütün mümkün addımları atacaq”, - deyə Yerlikaya əmin edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya