
Tramp Meksika kartellərinə qarşı “müharibə” elan etdi - ŞƏRH
Yusif Nəzərli
04:24 23.01.2025
Gündəm
398
Əgər onlar zərbə alsa, erməni lobbisi iflasa uğrayaraq ABŞ ictimai-siyasi dairələrində zəif duruma düşəcək
ABŞ Prezidenti Donald Tramp Meksikadakı narkotik kartellərini terror təşkilatları kimi tanıyacağını açıqlayıb. Tramp deyib ki, kartellər xarici terror təşkilatları kimi tanınılacaq. Onun sözlərinə görə, kartellər zorakılıq və terror kampaniyasına qoşulduğuna görə, ABŞ üçün milli təhlükəsizlik riskləri yaradır. Qeyd edək ki, Tramp bundan əvvəlki hakimiyyəti dövründə Meksika narkotik kartellərini terrorçu qruplar kimi təsnif etmək niyyətində olduğunu açıqlasa da, sonradan bu qərarın verilməsini təxirə salıb. Bundan əvvəl Tramp Meksika hökumətindən fentanilin (sintetik opioid - red.) ABŞ-yə axınının dayandırılmasını tələb etmək niyyətində olduğunu bəyan edib.

Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Meksikanın transmilli cinayətkar təşkilatları ABŞ üçün ən böyük narkotik təhdidləri yaradır və faktiki olaraq onlara hüquq çərçivəsində meydan oxumaq mümkün deyil. Onun sözlərinə görə, ABŞ-də Meksika kartelləri üçün təsir sahələri genişdir və onlar görüləcək tədbirlərdən yayınmaq üçün müxtəlif hücrələrdə fəaliyyətlərini davam etdirirlər:
"Məsələ burasındadır ki, Trampın Meksika kartellərinə qarşı elan etdiyi “müharibə” onun başqa məqsədlərini də ifadə edir. Tramp, əslində, Meksika kartelləri ilə bağlı olduğu aşkar ediləcək qanuni biznesləri mühakimə etmək üçün qapılar açmaqda maraqlıdır. Burada bir sual yaranır? Görəsən, Trampın rəqib hesab etdiyi hansı milyarder və ya milyoner Meksika kartelləri ilə əlaqədədir? Üstəlik, bu qrupların xarici terror təşkilatları kimi tanınması son nəticədə Meksikada və ya oxşar qrupların fəaliyyət göstərdiyi digər ölkələrdəki hədəflərə qarşı hərbi əməliyyatlara haqq qazandırmaq üçün istifadə edilə bilər. Tramp Meksika kartellərinə qarşı davamlı qətiyyət göstərsə, ABŞ daxilində atışmalar, ölümlər çoxala bilər. Ancaq məsələnin daha maraqlı tərəfi, daha dəqiq desəm, Azərbaycan üçün diqqət tələb edən tərəfləri də olmamış deyil".
Analitik vurğulayıb ki, Meksika mafiyasının ABŞ-də erməni cinayətkar dəstələri ilə əlaqələrinin olması barədə məlumatların əhatəsi mövcuddur: "Ehtimalıma əsasən, ABŞ-dəki Meksika kartelləri ilə əlaqədar olan erməni cinayətkar dəstələri, o cümlədən beynəlxalq əlaqələri olan “Erməni Gücü” mafiya qrupu Trampın qərarlarından zərbə ala bilər. Bu, baş versə, belə proqnozu səsləndirmək olur. Ehtimalla, erməni cinayətkar şəbəkələri erməni lobbisinin maliyyələşməsi sxemində iştirak edir. Əgər onlar zərbə alsa, erməni lobbisi iflasa uğrayaraq ABŞ ictimai-siyasi dairələrində zəif duruma düşəcək. Deməli, Trampın kartellərə qarşı savaşının Azərbaycan üçün xeyirli tərəfləri də var və Bakı yəqin ki, bununla əlaqədar prosesləri prioritet kimi olmasa da, diqqətdə saxlayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə
“Qalatasaray” azarkeşlərinə üzücü xəbər
16:10 06.09.2026
Futbol
Uitkoff və Kuşner Ukraynaya səfər edib
15:52 06.09.2026
Gündəm