ABŞ-dan Ukraynaya demarş

Tramp administrasiyası Ukrayna hökumətinə ötən ilin sonlarında Qara dənizdəki Rusiya neft obyektinə endirilən zərbələrin ABŞ-ın Qazaxıstandakı investisiyalarına təsir etdiyi barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanişina deyib.

Səfir bildirib ki, bu məsələ ilə bağlı ABŞ Dövlət Departamentindən rəsmi diplomatik bildiriş olan demarş alıb:

“ABŞ Kiyevə Rusiyanın hərbi və enerji infrastrukturuna zərbə endirməkdən çəkinməyi təklif etməyib. Bu, Amerikanın iqtisadi maraqlarının orada təsirlənməsi ilə bağlı idi. Biz bunu nəzərə aldıq”.