Aksiyaya SÖZARDI: “Türkiyə Azərbaycana həmişə xilaskar kimi gəlib” – Cəmiyyət yekdildir !
Banuçiçək Kalbalıyeva
15:42 28.08.2020
Siyasət
729
“Qətərdən Sudanadək hər yerdə Türkiyə qoşunu varsa, qardaş Azərbaycanda niyə olmasın?!”
“Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması ölkəmizin təhlükəsizliyinin təmin olunması ilə yanaşı, həm də yaxın perspektivdə Dağlıq Qarabağın azad olunması deməkdir”
Bu gün Türkiyə səfirliyinin qarşısında aksiya keçirilib. Yüzlərlə həmvətənimiz Türkiyə ordusunun Azərbaycanda qalması ilə bağlı arzularını dilə gətirib. “Türk ordusu, qal! Türk ordusu, vur!” şüarlarını səsləndirən nümayişçilər Azərbaycanın xilas yolunun Türkiyə ilə daha sıx əməkdaşlıqda və hərbi müttəfiqlikdə olduğunu bəyan ediblər. Aksiya iştirakçıları Azərbaycan və Türkiyə bayraqlarını qoşa dalğalandırıblar.
Nümayiş barədə “Sherg.az”a danışan politoloq Natiq Miri bu mitinqin çox təqdirəlayiq addım və mühüm siyasi hadisə olduğunu deyib:
“Bu, ayrı-ayrı qrupların yox, bütünlüklə Azərbaycan cəmiyyətinin dəstəklədiyi fikirdir. Türkiyə Azərbaycana həmişə xilaskar kimi gəlib. Yadınızdadırsa, təxminən bir əsr əvvəl, XX əsrin əvvəllərində türk qoşunları sayəsində Bakını bolşeviklərin və ermənilərin əlindən azad edə bilmişdik. Qardaşlarımız həmin vaxt olduğu kimi, yenə də yanımızdadırlar”.
N.Mirinin fikrincə, ölkəmizdə Türkiyə hərbi bazasının yaradılması vacibdir:
“On bir minlik türk ordusunun Azərbaycana gəlməsi təkcə düşmənlərə yox, bütün dünyaya mesaj idi. Rusiyanın narahatlığı da əbəs deyil. Düşünürəm ki, Türkiyə ordusunun Azərbaycanda qalması məsələsi yaxın zamanda həllini tapmalıdır. Qətərdən Sudanadək hər yerdə Türkiyə qoşunu varsa, qardaş Azərbaycanda niyə olmasın? Həm də bu, çətin deyil.
Sadəcə hərbi sazişə bir neçə müddəa əlavə edərək məsələni hüquqiləşdirmək mümkündür. Onu da deyim ki, əgər 10-15 il əvvəl Türkiyə belə bir addım üçün NATO-dan icazə almalı idisə, daha heç bir razılığa ehtiyac yoxdur.
Çünki Türkiyə regionda müstəqil geosiyasət yürüdür. Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması ölkəmizin təhlükəsizliyinin təmin olunması ilə yanaşı, həm də yaxın perspektivdə Dağlıq Qarabağın azad olunması deməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya
XİN: Gürcüstan ABŞ ilə siyasi dialoqa hazırdır
18:37 31.07.2026
Dünya
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
18:22 31.07.2026
Cəmiyyət
Avstriya İspaniya ilə sərhədləri bağlaya bilər
17:59 31.07.2026
Dünya