
ATƏT sədrinin Gürcüstanda mitinqə qatılması anlaşılan deyil - ANALİTİK
23:44 15.10.2025
Siyasət
380
Bu, səlahiyyətini aşmaq və suveren dövlətin işlərinə kobud müdaxilədir
ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin Gürcüstanda səfərdə olarkən müxalifətin etiraz aksiyasında iştirakı rəsmi Tbilisini hiddətləndirib. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib ki, bu, açıq-aşkar qanun pozuntusudur: "Finlandiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenin hərəkətləri Gürcüstan qanunvericiliyinin pozulmasıdır.
Bu, həmçinin ironik olaraq ATƏT-in mənzil qərargahının olduğu şəhərdə qəbul edilmiş Vyana Konvensiyasının 41-ci bəndinin pozulmasıdır". Spikerin sözlərinə görə, ATƏT sədri Tbilisidəki aksiyada iştirak etməklə gürcü xalqına zorakı çevrilişi dəstəklədiyini və qaydalara əsaslanan beynəlxalq nizamın boş ifadə olduğunu göstərib. Papuaşvili qeyd edib ki, Gürcüstan qanunvericiliyi istənilən yerdə toplaşmaq hüququna təminat verir və yolun bağlanmasına yalnız o halda icazə verilir ki, çox sayda insanı səkidə saxlamaq olmur: "Finlandiyalı nazirin bundan xəbəri olmaya bilər, lakin o, son 13 ildə bu hüququn Gürcüstan dövləti tərəfindən pozulması ilə bağlı bir halın adını çəkə bilməz".
Ədalət, Hüquq, Demokratiya Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov "Sherg.az"a deyib ki, ATƏT-in ümumiyyətlə ciddi qurum kimi mahiyyəti sorğulanmalıdır. Ekspertə görə, bu təşkilatın dövlətlərin daxili işlərinə qarışması ilk hal deyil:

"Azərbaycan-Ermənistan münaqişəsi zamanı da ATƏT çərçivəsində yaradılmış institutların da heç bir konstruktiv fəaliyyəti olmamışdı. Bu qurum Azərbaycanın ərazi bütövlüyü mövqeyindən çıxış etmək, beynəlxalq hüququ qorumaq əvəzinə həmişə münaqişənin hərbi həll yolunun olmadığını aşılamış, ancaq vaxt uzatmaqla məşğul olmuşdu. Gürcüstan məsələsində ATƏT-in öz mövqeyi ola bilər. Amma bu o demək deyildir ki, ATƏT Gürcüstanın daxili işlərinə qarışa bilər. Xüsusən, bilavasitə müxalifətin mitinqlərinə Gürcüstanda rəsmi səfərdə olan ATƏT sədrinin qatılması anlaşılan deyil. Bu, səlahiyyətini aşmaq və suveren dövlətin işlərinə kobud müdaxilədir. ATƏT sədri rotasiya qaydasında seçilir. Sədr öz şəxsi fikirlərinə əsasən hansısa məsələdə şəxsi mövqe ortaya qoya bilməz. O, ATƏT-in ümumi prinsiplərinə əməl etməyə borcludur. Hesab edirəm ki, Gürcüstanın ölkədaxili məsələsi ATƏT və ya digər beynəlxalq təşkilatların normalara uyğun deyilsə, təşkilat ən uzağı bəyanatla çıxış edərək fikrini ifadə edə bilər. Qurum sədrinin müxalif cəbhənin mitinqinə qatılması vəziyyəti gərginləşdirməkdən başqa heç nəyə yaramaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya