Azərbaycan-İran münasibətlərinin cari vəziyyəti müzakirə olunub
18:13 20.10.2025
Siyasət
338
Oktyabrın 20-də Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov İran İslam Respublikasına səfər edərək, bu ölkənin xarici işlər naziri Seyid Abbas Ərağçi, İran Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayi və xarici işlər nazirinin müavini Kazem Qəribabadi ilə görüşlər keçirib.
AZƏRTAC xəbər verir ki, görüşlərdə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin cari vəziyyəti, xüsusilə İran Prezidentinin ölkəmizə səfərləri və bu səfərlər çərçivəsində Prezident İlham Əliyev və Prezident Məsud Pezeşkian arasında əldə olunmuş mühüm razılaşmalar əsasında münasibətlərdə yaranmış yeni mərhələyə uyğun olaraq iki ölkə arasında dost və mehriban qonşuluq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi, habelə dərin tarixi, dini və mədəni bağlara əsaslanan əməkdaşlığın genişləndirilməsinə yönələn dialoqun davam etdirilməsinin mühüm əhəmiyyətini qeyd ediblər.
Müzakirələrdə, həmçinin iki ölkə arasında həyata keçirilən enerji, nəqliyyat, infrastruktur və logistika layihələrinin icrası vəziyyəti, Xəzər dənizində əməkdaşlıq məsələləri, habelə regionda maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, tərəflər Azərbaycanın hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin gündəliyindən irəli gələn məsələləri nəzərdən keçiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm