Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb - Millət vəkili
Yusif Nəzərli
09:31 15.10.2023
Siyasət
455
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində İlham Əliyevin seçicilərin 76,8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilməsi mühüm siyasi, iqtisadi və tarixi nəticələrə səbəb olan hadisədir.
Bunu Sherg.az-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Deputat bildirib ki, ötən 20 il ərzində Azərbaycan bir çox tarixi nailiyyətlərə imza atıb. İqtisadiyyat, hüquqi-demokratik dövlət quruculuğu, beynəlxalq münasibətlər, əhalinin sosial müdafiəsi, silahlı qüvvələrin gücləndirilməsi və digər sahələrdə əldə olunmuş uğurlar ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması ilə nəticələndi. Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun müvəffəqiyyətlə davam etdirilməsi Azərbaycanı yeni inkişaf mərhələsinə çıxardı. Güclü dövlət, güclü vətəndaş ideallarına əsaslanan bu siyasət ölkəmizin beynəlxalq münasibətlər sistemində yerinin möhkəmləndirilməsi, Cənubi Qafqazın lider dövləti kimi tanınmasını şərtləndirdi.
“Azərbaycan Prezidenti müsahibələrinin birində bildirib ki, “Müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Biz bir çox amillərə - siyasi amillərə, işğal edilmiş ərazilərdə hərbçilərimiz üçün bir neçə müdafiə səddinin keçilməsini çətinləşdirən uzunmüddətli infrastruktur layihələrinin olmasına baxmayaraq, müharibədə qalib gəldik”. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı şanlı zəfər çoxminillik tariximizin ən möhtəşəm səhifələrindən biridir. Məhz Prezidentin uğurlu siyasi liderliyi, hadisə və prosesləri, qlobal və regional reallıqları dəqiq qiymətləndirmək, dövlətin mövcud resurslarını, milli potensialı vahid amal uğrunda səfərbər etmək bacarığı Azərbaycana tarixinin ən böyük zəfərini qazanmaq imkanı yaratdı”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Soltan Məmmədov qeyd edib ki, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi uğurlar 2003-cü ilin 15 oktyabrını tarixi Qələbəyə aparan yolun başlanğıcı kimi qiymətləndirməyə əsas verir. Prezident İlham Əliyevin də öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb. Ona görə də düşünürəm ki, biz bu günlərdə tariximizin ən möhtəşəm dövrlərindən birini yaşayırıq. Əldə olunmuş bütün uğurların əsasında xalq-dövlət birliyi, ölkə Prezidentinə sonsuz inam və etimad dayanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin Avropa İttifaqına sərt xəbərdarlıq etdi
20:42 25.04.2026
Dünya
Ceyhun Bayramov Qəbələdə ukraynalı həmkarı ilə görüşüb
20:34 25.04.2026
Gündəm
Azərbaycan - Ukrayna ittifaqı güclənir - RƏY
20:04 25.04.2026
Gündəm
Tramp Uitkoff və Kuşnerin Pakistan səfərini ləğv etdi
19:58 25.04.2026
Dünya
İran nümayəndə heyəti İslamabadı tərk edib
19:44 25.04.2026
Gündəm
İsrailin hücumu nəticəsində Livanda dörd nəfər ölüb
19:01 25.04.2026
Dünya
İran XİN rəhbəri Omana gedib
18:58 25.04.2026
Dünya
Azərbaycanın Ukrayna mövqeyi ardıcıl və dəyişməzdir - ŞƏRH
18:22 25.04.2026
Gündəm
Makron: Fransa enerji qıtlığı ssenarisini ehtimal etmir
18:19 25.04.2026
Dünya
Rusiyanın Dneprə hücumlarında yaralıların sayı artıb
18:04 25.04.2026
Dünya
İran-Türkiyə sərhədində yeni keçid məntəqəsi açılıb
18:02 25.04.2026
Dünya
Aİ səfiri Gürcüstan XİN-ə çağırıldı
17:31 25.04.2026
Region
Netanyahunun Livan Prezidenti ilə görüşü planlaşdırılır
17:01 25.04.2026
Gündəm
Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb
16:59 25.04.2026
Gündəm
"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb
16:44 25.04.2026
Futbol