Martın 9-da Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sherg.az-a verilən xəbərə görə, telefon danışığı zamanı regionda baş verən proseslərdən narahatlıq ifadə olunub.
Tərəflər, həmçinin Azərbaycan Milli Məclisi və Pakistan Milli Assambleyası arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.
Sülh, sabitlik və əməkdaşlıq baxımından parlamentlər arasında dialoqun əhəmiyyəti qeyd olunub.