Azərbaycan və Səudiyyə Ərəbistanı MN arasında protokol imzalanıb
08:46 22.10.2025
Siyasət
342
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının Müdafiə nazirlikləri arasında Birgə Hərbi Komitənin görüşündə iştirak etmək məqsədilə bu ölkəyə səfər edib.
Sherg.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətini Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili qəbul edib. Daha sonra isə Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Departamentinin baş direktoru general-mayor Saad bin Məhəmməd Əl-Kəsiri ilə görüş keçirilib.
Görüşlərdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığının müdafiə qurumları arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Yekunda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Səudiyyə Ərəbistanı Krallığının Müdafiə Nazirliyi arasında keçirilmiş Birgə Hərbi Komitənin görüşünün Protokolu" imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm