Azərbaycan XİN Qoşulmama Hərəkatının 19-cu Nazirlər İclasında iştirak edib
09:08 16.10.2025
Siyasət
366
15–16 oktyabr 2025-ci il tarixlərində Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) 19-cu Nazirlər İclası keçirilib.
XİN-dən Sherg.az-a verilən xəbərə görə, Kampala Nazirlər İclası çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, davamlı inkişafın təşviqi, Hərəkatın institusional potensialının artırılması, eləcə də Yaxın Şərqdə vəziyyət və digər aktual gündəm məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Samir Şərifov toplantının açılış seqmentində çıxış edərək ölkəmizin sədrlik dövründə həyata keçirdiyi təşəbbüslər, o cümlədən Hərəkatın institusional inkişafına verdiyi töhfələrə toxunub, habelə üzv ölkələr arasında həmrəyliyin və birliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Nazir müavini Azərbaycan-Ermənistan normallaşma gündəliyi üzrə son irəliləyişlər və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə iştirakçılara məlumat verib.
Hərəkatın keçmiş Sədri və hazırkı Troika üzvü qismində ölkəmiz həmçinin QH-nin Fələstin üzrə Nazirlər Komitəsinin iclasında təmsil olunub. Nazir müavini S.Şərifov Azərbaycan dövlət başçısının 13 oktyabr 2025-ci il tarixində Şarm Əl-Şeyx Sülh Sammitində iştirakına vurğu edərək, ölkəmizin zirvə görüşünə dəvət alan azsaylı Hərəkat üzvlərindən biri olduğuna və bunun əhəmiyyətinə, iki dövlət prinsipi əsasında Yaxın Şərqdə davamlı sülh və təhlükəsizliyinin tez bir zamanda bərqərar olmasının vacibliyinə, eləcə də ölkəmizin regiondakı humanitar təşəbbüslərinə diqqət çəkib.
İclas çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib, Azərbaycan Respublikasının və Uqanda Respublikasının Hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri, Azərbaycan Respublikasının və Somali Federativ Respublikasının Hökumətləri arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər imzalanıb.
Qeyd edilən sənədlərin imzalanması Azərbaycan Respublikasının Afrika ölkələri ilə ikitərəfli münasibətlərinin genişləndirilməsi, qarşılıqlı səfərlərinin asanlaşdırılması və diplomatik əlaqələrin daha da inkişafına xidmət edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya