Azərbaycanla Bosniya və Herseqovina itkinlərlə bağlı memorandum imzalayıb - YENİLƏNİB
08:34 09.10.2025
Siyasət
317
Bosniya və Herseqovinanın İtkin düşmüş şəxslər İnstitutu ilə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında anlaşma Memorandumu imzalanıb.
Sherg.az xəbər verir ki, Memorandumu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Bosniya və Herseqovina İtkin Düşmüş Şəxslər İnstitutunun
İdarə Heyətinin sədri Marko Yurişiç imzalayıb.
Qeyd edək ki, Memorandum İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda imzalanıb.
***
10.24
Bu gün Bosniya və Herseqovinanın İtkin düşmüş şəxslər İnstitutu ilə memorandum imzalayacağıq.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
“Bosniya və Herseqovinanın İtkin düşmüş şəxslər İnstitutu ilə ikitərəfli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində səmərəli olacağını nəzərə alaraq, qarşılıqlı əməkdaşlıq haqqında Memorandum layihəsinin müzakirəsi ilə əlaqədar 2025-ci ilin aprel ayında Dövlət Komissiyasının nümayəndə heyəti Sarayevo şəhərinə səfər edib. Səfər zamanı anlaşma Memorandumunun layihəsi müzakirə edilib və razılaşdırılıb. Bu gün biz həmin Memorandumu sizin iştirakınızla imzalayacağıq”, - Əli Nağıyev vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabah bu ərazilərdə qaz olmayacaq
20:46 29.06.2026
Cəmiyyət
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə