Azərbaycan və İordaniya arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım həyata keçiriləcək.
Sherg.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sazişə əsasən, razılığa gələn tərəflərin gömrük orqanları yardımın müvafiq qanunvericiliyin düzgün şəkildə tətbiqi üçün zəruri olduğunu hesab etdikləri təqdirdə, xüsusilə aşağıdakılarla bağlı məlumat əldə olunduqda, öz səlahiyyətləri çərçivəsində bir-birilərini yardımla təmin edirlər:
- Gömrük qanunvericiliyini pozmuş, pozan və ya poza biləcək və digər razılığa gələn tərəfin marağında ola biləcək fəaliyyətlər;
- Digər razılığa gələn tərəfin dövlətinin ərazisində gömrük qanunvericiliyinin əhəmiyyətli dərəcədə pozulmasının obyekti olması bilinən mallar;
- Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı konvensiyaları pozan mallar və ya beynəlxalq konvensiyalara, qətnamələrə qarşı hüquqpozma təşkil edən təhlükəli və ikili təyinatlı mallar.
Məsələ müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.