
Babayan başa düşür ki, bu, mümkün deyil - ŞƏRH
Yusif Nəzərli
11:28 17.10.2023
Siyasət
566
Ermənistana qaçan separatçılar arasında qarşıdurma kəskinləşir. İrəvanın siyasi meydanı artıq Paşinyan və müxalifətin yox, həm də separatçıların intriqasına şahidlik edir. Bu intriqa fonunda separatçıların sonuncu “başçısı” Samvel Şahramanyanın qondarma rejimi buraxması ilə bağlı qərarının dəyişdirilməsi məsələsi gündəmə gəlib.
Bu məsələni gündəmə gətirən separatçı Samvel Babayandır.
“Bunu Şahramanyan etməlidir, əgər bunu etmirsə, (qondarma) “prezident” vəzifəsindən kənarlaşdırılacaq və yeni idarəetmə qurum yaradılacaq. Təklif edirəm ki, yaxın günlərdə “parlament” toplansın və bunu müzakirə etsin”, - o bildirib.
Samvel Babayanın erməni cəmiyyəti tərəfindən ciddi qəbul edilmədiyini deyən Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a vurğulayıb ki, onun keçmiş fəaliyyəti canilik və siyasi münasibətlər sisteminin manipulyasiyasından ibarətdir:
"Ümumiyyətlə Samvel Babayanın nəinki Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı, bütövlükdə regionla əlaqədar olan siyasət və Qarabağ məsələsində heç bir hüququ, nüfuzu yoxdur. Bu səbəblə də onun kimi birinin hansısa sayıqlamalar irəli sürməsinə ciddi yanaşmaq lazım deyil. Əlbəttə ki, Samvel Babayan Qarabağa "status"un verilməsinin mümkün olmadığını yaxşı başa düşür".

Analitik əlavə edib ki, o belə məsələləri gündəmə gətirməklə özünün ölmüş siyasi "imic"ini bərpa etməyə çalışır:
"Həmçinin Babayan Ermənistanın cəmiyyətində hansısa fikir manipulyasiyaları edir. Ümumiyyətlə o Azərbaycanın dinc ermənilərin qayıdışını əngəlləmədiyini yaxşı bilir. Amma ermənilərin Qarabağa qayıtması qərbi azərbaycanlıların öz yurdlarına dinc şəkildə qayıdışını da ehtiva etməlidir. Bunu istəməyən Samvel Babayan isə çirkin siyasi məqsədlər güdür. Digər tərəfdən ola bilər ki, Ermənistan xüsusi xidmət orqanları tərəfindən bu yönümdə açıqlamalar vermək üçün irəli atılır. Digər tərəfdən Ermənistan ictimai rəyində müəyyən qarışıqlıq yaratmaq və xalqın fikrini daxildəki qarışıqlıqdan yayındırmaq məqsədiylə də bu tip açıqlamalar verilə bilər. Ancaq istənilən halda bunun ciddi və real əsası yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran nümayəndə heyəti İslamabadı tərk edib
19:44 25.04.2026
Gündəm
İsrailin hücumu nəticəsində Livanda dörd nəfər ölüb
19:01 25.04.2026
Dünya
İran XİN rəhbəri Omana gedib
18:58 25.04.2026
Dünya
Azərbaycanın Ukrayna mövqeyi ardıcıl və dəyişməzdir - ŞƏRH
18:22 25.04.2026
Gündəm
Makron: Fransa enerji qıtlığı ssenarisini ehtimal etmir
18:19 25.04.2026
Dünya
Rusiyanın Dneprə hücumlarında yaralıların sayı artıb
18:04 25.04.2026
Dünya
İran-Türkiyə sərhədində yeni keçid məntəqəsi açılıb
18:02 25.04.2026
Dünya
Aİ səfiri Gürcüstan XİN-ə çağırıldı
17:31 25.04.2026
Region
Netanyahunun Livan Prezidenti ilə görüşü planlaşdırılır
17:01 25.04.2026
Gündəm
Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalanıb
16:59 25.04.2026
Gündəm
"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb
16:44 25.04.2026
Futbol
UKMTO: Somali sahillərində tanker ələ keçirilib
16:30 25.04.2026
Dünya
Təbriz aeroportu bir həftədən sonra fəaliyyətini bərpa edəcək
16:18 25.04.2026
Region
Əraqçi Pakistanın Baş naziri ilə görüşdü
16:03 25.04.2026
Dünya
Türkiyə PUA istehsalını bütün ölkə miqyasında yayır
15:44 25.04.2026
Region