Bakı üçün imkandır: Ərdoğanla Xankəndi əməliyyatlarının detalları müzakirə oluna bilər
06:47 01.06.2023
Siyasət
624
Azərbaycan Prezidenti İlham Əliyev artıq neçənci dəfədir ki, Xankəndidəki separatçılara açıq mətnlə mesaj göndərir. Separatçıların iki seçimi var, ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da çıxıb gedəcəklər. Prezidentin Laçındakı çıxışının motivləri rəsmi Bakının təklifinin sonuncu olduğunu deməyə əsas verir. Söhbət Azərbaycan tərəfinin Bakıda müzakirələrin keçirilməsinə dair iki təklifindən gedir. Separatçıların bu təkliflərdən imtina etdiyini xatırladan Prezident “Üçüncü dəvət olmayacaq, ya özləri boyunlarını büküb gələcəklər, ya da hadisələr başqa cür inkişaf edəcək” deyib.
Politoloq Turan Rzayev Sherg.az-a deyib ki, rəsmi Bakı Xankəndi və ətraf ərazilərə nəzarəti tam bərpa etmək istəyir. Analitikin fikrincə, regionda və dünyada baş verən siyasi proseslər xeyrimizə işləyir: "Müstəqillik tariximiz boyu bəlkə də ən uyğun geosiyasi vəziyyət yaranıb. Birincisi, Azərbaycanın əsas strateji və hərbi müttəfiqi Türkiyədə prezident və parlament seçkiləri yekunlaşdı. Rəcəb Tayyib Ərdoğan və "Cümhur İttifaqı" hər iki seçkidə qələbə qazandı. Bu, rəsmi Bakı üçün ən məqbul ssenari idi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev seçkilərdə qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda onu Azərbaycana dəvət etdi. Mümkündür ki, Ərdoğanın Azərbaycan səfəri zamanı iki lider separatçıların regiondan təmizlənməsi və Xankəndi əməliyyatlarının detallarını müzakirə etsin. Digər yandan, İsrail ilə Səudiyyə Ərəbistanı arasında danışıqlar yenidən bərpa edildi. Mahiyyət etibarilə bu, kiçik nüans kimi görünsə də, pərdəarxası məqamları olduqca ciddidir. Məsələ ondadır ki, hər iki ölkənin Azərbaycanla münasibətləri yüksək səviyyədədir. Bakının Təl-Əviv və Ər-Riyada baxışı müsbətdir. Hər iki ölkə 44 günlük müharibə zamanı Azərbaycana dəstəyini ifadə edib. Ölkələr arasında münasibətlərin normallaşması istiqamətində gedən danışıqlarda Bakı pərdəarxası vasitəçi ölkədir. İsraillə Səudiyyə arasında yaxınlaşmanı nəzərdə tutan “İbrahim anlaşmaları”nın yenidən qüvvəyə girməsi və Bakının burada vasitəçilik missiyası ehtimal Xankəndi əməliyyatları zamanı Təl-Əviv və Ər-Riyadın dəstəyini almaq baxımdan önəmlidir. Nəzərə alaq ki, 30-31 may tarixlərində İsrail Prezidenti İshaq Hersoq Azərbaycanda rəsmi səfərdə olub. Mümkündür ki, İsrail Prezidenti ilə görüşdə Xankəndi əməliyyatları və Təl-Əvivin dəstəyi mövzusu müzakirə edilsin".
Ekspert əlavə edib ki, Taliban-İran gərginliyi son günlər hərbi toqquşmalar kontekstinə keçib. Hətta Taliban lideri Əbdülhəmid Xorasani İrana müharibə elan etdiklərini açıqlayıb: "Hazırda sərhəddə şiddətli döyüşlər gedir və Taliban ağır hərbi texnikanı sərhədə yeridib. Taliban-İran toqquşması indiki məqamda Bakının maraqlarına uyğundur. Tehran ilə Bakı arasında münasibətlər gərgin olaraq qalır. Bundan başqa, İranın ermənilərlə bağlı sərgilədiyi mövqe, həmçinin separatçılara verdiyi dəstək də məlumdur. Xankəndi əməliyyatlarından əvvəl Tehranın başının Talibana qarışması molla rejiminin diqqətini Cənubi Qafqazdan çəkməsi deməkdir. Rusiya-Ukrayna müharibəsi də davam etməkdədir. Rəsmi Bakı Kremlin diqqətinin Ukraynada olmasından istifadə edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alimlərdən maraqlı iddia: 21 gün gülümsəyin, beyniniz dəyişsin
12:44 23.07.2026
Sağlamlıq
Ölkədən xaricə turist axını 5%-dən çox azalıb
12:18 23.07.2026
İqtisadiyyat
ABŞ Ukrayna ilə bağlı mövqeyini açıqladı
12:16 23.07.2026
Gündəm
Prezident İlham Əliyev misirli həmkarını təbrik etdi
12:02 23.07.2026
Gündəm
Yayda avtomobildə bu 10 əşyanı saxlamaq olmaz
11:59 23.07.2026
Sağlamlıq
Bakıda 48 yaşlı kişi evində ölü tapıldı
11:40 23.07.2026
Hadisə
Meksikada jurnalist restoranda öldürüldü
11:37 23.07.2026
Dünya
ABŞ Məxfi Xidməti: Dövlət rəsmilərinə təhdidlər rekord həddə çatıb
10:55 23.07.2026
Dünya
Britaniya diplomatlarını İrandan çıxardı
10:47 23.07.2026
Dünya
"Tesla"nın gəlirləri artıb, xalis mənfəəti isə azalıb
10:29 23.07.2026
Dünya
UEFA Avropa Liqası: “Qarabağ” Bolqarıstan klubunu qəbul edir
10:17 23.07.2026
Futbol
DİN skuter və velosiped sürücülərinə müraciət edib
10:05 23.07.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
09:56 23.07.2026
İqtisadiyyat
ABŞ hücumları daha da şiddətlənəcək - Politoloq
09:49 23.07.2026
Gündəm