
Bakı və Astana strateji-iqtisadi tərəfdaşlığa doğru irəliləyir -ŞƏRH
12:14 21.10.2025
Siyasət
418
Aydın Hüseynov: Azərbaycan və Qazaxıstan əməkdaşlığı enerji ilə məhdudlaşmır
Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
“Akorda” Prezident Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edildi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndi.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Dövlət başçıları birgə foto çəkdirdilər.
Milli Məclisin deputatı Aydın Hüseynov Sherg.az-a deyib ki, Azərbaycan və Qazaxıstan arasındakı iqtisadi əlaqələr son illərdə yeni mərhələyə qədəm qoyub və bu əlaqələrin istiqamətləri getdikcə daha da genişlənir:

"Hər iki ölkə zəngin təbii resurslara, strateji coğrafi mövqeyə və regional inteqrasiyada mühüm rola malikdir. Bu potensial iqtisadi əməkdaşlığın təkcə ənənəvi enerji sahəsi ilə məhdudlaşmamasını, həm də nəqliyyat, kənd təsərrüfatı, sənaye, rəqəmsal iqtisadiyyat və logistika kimi müxtəlif istiqamətlərdə inkişafını zəruri edir. İlk növbədə, enerji sektoru iki ölkə əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır. Qazaxıstanın neft və qaz resurslarının Azərbaycanın enerji infrastrukturundan istifadə etməklə dünya bazarına çıxarılması mühüm strateji əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər enerji layihələri çərçivəsində Qazaxıstanın xam neftinin Azərbaycan üzərindən nəqli iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşməsinə böyük töhfə verir. Bu, həm də Xəzər regionunun enerji təhlükəsizliyinə əlavə sabitlik qazandırır. Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – yəni Orta Dəhliz – hər iki ölkənin iqtisadi inkişafı üçün strateji imkanlar yaradır. Azərbaycan və Qazaxıstan bu dəhliz vasitəsilə Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Aktau limanı arasındakı əlaqələrin genişlənməsi yükdaşımaların həcmini artırmaqla yanaşı, yeni ticarət marşrutlarının formalaşmasına şərait yaradır.
Kənd təsərrüfatı sahəsində də əməkdaşlıq perspektivləri genişdir. Qazaxıstanın taxıl istehsalında, Azərbaycanın isə aqroemal və ərzaq ixracında təcrübəsi iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli şərait yaradır. Gələcəkdə birgə aqroparkların yaradılması, kənd təsərrüfatı məhsullarının emalı və ixracı istiqamətində layihələrin həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, sənaye və investisiya əməkdaşlığı da prioritet istiqamətlərdən biridir".
Deputat əlavə edib ki, iki ölkə arasında birgə sənaye zonalarının yaradılması, azad iqtisadi zonalarda qarşılıqlı sərmayələrin təşviqi iqtisadi münasibətlərin yeni mərhələyə keçidini təmin edə bilər:
"Xüsusilə “yaşıl enerji”, bərpa olunan enerji mənbələri və alternativ texnologiyalar sahəsində əməkdaşlıq hər iki tərəf üçün gələcəkdə böyük iqtisadi faydalar vəd edir. Nəhayət, rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində əməkdaşlıq müasir dövrün tələblərinə uyğun yeni istiqamətlərdən biridir. Startap ekosisteminin inkişafı, rəqəmsal xidmətlərin qarşılıqlı inteqrasiyası və informasiya texnologiyaları üzrə təcrübə mübadiləsi Qazaxıstan-Azərbaycan əlaqələrinə yeni dinamika qazandıra bilər. Bütün bu istiqamətlər göstərir ki, Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələr artıq təkcə ticarət dövriyyəsi ilə məhdudlaşmır. Bu münasibətlər uzunmüddətli strateji tərəfdaşlığa əsaslanır və regionun sabitliyi, inkişafı, həmçinin Türk dünyasının iqtisadi inteqrasiyası üçün möhkəm təməl yaradır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya
Pakistanın Əfqanıstana hava zərbələri: 38 ölü, 163 yaralı
13:16 29.06.2026
Dünya
Martines əməliyyatdan imtina etdi: DÇ-də sınıq barmaqla oynayır
13:03 29.06.2026
Futbol
Pezeşkian: Altı milyard dollar İrana qaytarılacaq
12:57 29.06.2026
Gündəm
Bəzi yerlərdə intensiv yağış yağacaq, dolu düşəcək - PROQNOZ
12:40 29.06.2026
Ekologiya
Tehran Prokurorluğu Rza Pəhləviyə iş açdı
12:28 29.06.2026
Gündəm
Süleyman Rüstəmin yeganə övladı vəfat etdi
11:57 29.06.2026
Cəmiyyət
İsrail ordusu “Hizbullah”ın üç qərargahına zərbə endirib
11:51 29.06.2026
Dünya
Ərdoğan elan etdi: “Türk Əsri” birlikdə qurulacaq
11:46 29.06.2026
Gündəm
97 yaşında dünyasını dəyişdi
11:39 29.06.2026
Mədəniyyət
Pakistan Əfqanıstanı bombaladı: 36 ölü, 163 yaralı
11:30 29.06.2026
Dünya
Polşa Almaniyadan yenidən təzminat tələb etdi
11:21 29.06.2026
Dünya