Dövlət Baxçalı, Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrliyində, Çanaqqala Dəniz Zəfərinin 111-ci ildönümü ilə bağlı açıqlamasında bu zəfərin türk millətinin birlik, dirəniş və müstəqillik iradəsinin ən güclü simvollarından biri olduğunu bildirib.
Dövlət Baxçalı qeyd edib ki, Çanaqqala təkcə şəhər adı deyil, şəhidlərin qanı ilə yazılmış böyük bir tarixdir. Onun sözlərinə görə, bu zəfər Birinci Dünya Müharibəsinin gedişatında əsas dönüş nöqtələrindən biri olub.
O vurğulayıb ki, Çanaqqala ruhu milli birlik və qardaşlığın zirvəsidir və bu ruh sayəsində işğalçı qüvvələr geri püskürdülüb. Baxçalı bildirib ki, daxili birlik qorunduğu müddətdə heç bir xarici güc Türkiyəyə təsir göstərə bilməz.
MHP lideri həmçinin Mustafa Kamal Atatürk başda olmaqla Çanaqqalada döyüşən bütün qəhrəmanları və şəhidləri ehtiramla yad edib.
Sonda isə o, belə deyib:
“Dünən Çanaqqala keçilmədi, bu gün də Türkiyənin qarşısı alınmayacaq.”