Demokrat Partiyası Türkiyə Böyük Millət Məclisində (TBMM) qurulmuş və "Terrorsuz Türkiyə" məqsədini hədəfləmiş Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasından çıxdığını bəyan edib.
Teleqraf xəbər verir ki, partiya sədri sədri Gültəkin Uysal komissiyada təmsil olunan İzmir millət vəkili Haydar Altıntaşla bu gün TBMM-də mətbuat konfransı keçirib.
Gültəkin Uysal komissiyadan çıxma səbəbindən danışarkən PKK-nın digər qollarının silahlı yerə qoymayacaqlarını bəyan etdiyini xatırladıb.
"Bir daha qeyd etmək lazımdır ki, Türkiyə Respublikasında müəyyən edilmiş bu strategiya ilə bağlı irəliləyiş yoxdur" - deyə partiya sədri bildirib.
Qeyd edək ki, bu ilin avqustunda Türkiyə parlamentində fəaliyyətə başlamış və PKK-nın silahsızlaşdırılmasını hədəfə almış komissiyaya 51 millət vəkili daxildir.
Demokrat Partiyası komissiyada bir millət vəkili ilə təmsil olunurdu.