Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə normallaşma prosesini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyanın xarici işlər naziri Yohan David Vadeful ilə görüşüb.

APA xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında məlumat verilib.

Müzakirələr Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlığın inkişafına yönəldilib.

Regional inkişaflar, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi, münaqişədən sonrakı bərpa səyləri də müzakirə olunan mövzular sırasında olub.