Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlərin regionda baş verən son hadisələri müzakirə etdiyi bildirilir.