Ceyhun Bayramov İtaliyaya rəsmi səfərə yola düşüb

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Müqəddəs Taxt-Taca və İtaliya Respublikasına rəsmi səfərə yola düşüb.

Sherg.az xəbər verir ki, bu barədəm Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində 25-27 noyabr tarixlərində nazir Ceyhun Bayramovun Vatikanda və İtaliyada xarici işlər nazirləri, digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin, beyin mərkəzində çıxışı və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.