CHP-nin 38-ci Fövqəladə Qurultayında qanun pozuntularına yol verildiyi iddiası ilə açılan məhkəmə işinin ikinci iclası 13 yanvar, çərşənbə axşamı günü keçiriləcək. Sherg.az xəbər verir ki, CHP qurultayı ilə bağlı cinayət işi bu həftə məhkəmədə baxılacaq.
İş üzrə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, CHP İstanbul İl sədri Özgür Çelik və İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuğay da daxil olmaqla ümumilikdə 12 təqsirləndirilən şəxs mühakimə olunur.
İttihama görə, Özgür Özəlin partiya sədri seçildiyi 38-ci Fövqəladə Qurultayda “səsverməyə müdaxilə edilib”.
Təqsirləndirilən şəxslər üçün 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası tələb olunur.
Məhkəmə işinin ilk iclası 4 noyabr 2025-ci ildə keçirilmişdi. İşdə zərərçəkən qismində yer alan CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlunun iclasa qatılmaması və tərəf vəkillərinin çatışmazlıqların aradan qaldırılması ilə bağlı vəsatəti əsasında məhkəmə 13 yanvar tarixinə təxirə salınmışdı.